Müəllim-direktor qarşıdurması: “Prezident mükafatçısı” müəllim işdən əsasız töhmət aldığını iddia edir

 

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı orta məktəbin tarix müəllimi Əsgərova Cəmalə Mehman qızı çalışdığı təhsil müəssisəsində təzyiq və təqibə məruz qaldığını iddia edir.

"Turantv.az” xəbər verir ki, Hadisə ilə bağlı Bizimyol.info xəbər portalına müraciət ünvanlayan müəllim deyir ki, məktəbin yeni direktoru ona əssasız yerə töhmət verib:

"2005-ci ildən sözügedən məktəbdə çalışıram. 2022-ci ilin yanvarından Afaq Əliyeva məktəbə yeni direktor təyin edilib. Direktor 14 sentyabr 2023-cü ildə əssasız olaraq mənə töhmət verib. Nəzərinizə çatdırım ki, işlədiyim illər ərzində nə xəbərdarlıq, nə də töhmət verilib. Həmçinin müəllim kollektivi və valideynlərlə də heç bir konfliktim olmayıb. Sadəcə, direktorun verdiyi göstərişləri (mənə aidiyyəti olmayan – yalandan izahat vermə və kiminsə üzünə durma) yerinə yetirmədiyim üçün şəxsim üçün qaralama kampaniyasına başlayıb.

Nizami Rayon Baş Prokurorluğunda 201 nömrəli məktəbdə gedən maliyyə pozuntuları ilə əlaqədar izahat verdiyim üçün məktəbin direktoru Afaq Əliyeva mənə təzyiqlər göstərir.

14.09.2023-cü il tarixində Pedaqoji Şuranın iclasında dərsə gəlməyən – Allahverdiyeva A. adlı şagirdi qiymətləndirməməkdə günahlandırılaraq sinif rəhbəri olaraq mənə intizam tənbehi (töhmət) verilib. Halbuki mən sinif rəhbəri kimi fənn müəllimlərinin yazdıqları qiyməti cədvələ köçürüb Nəriman Vəliyevə hesabat vermişəm. Şagirdin sinifdə qalma səbəbi dərsə gəlməməsi olub.

Mənə qərəzli yanaşaraq varislik hüququmu pozaraq 7-ç sinfini (2saat) məndən götürüb rus bölməsinin müəllimi Məmməd-Zadə Tairəyə verilib. Təhsil haqqında qanuna əsasən, rus bölməsinin müəllimi Azərbaycan bölməsinə dərs keçə bilməz (Diaqnostik qiymətləndirmədə rus dilində imtahan verib). Mən 16 saat dərs yükü ilə təmin olunmuşam. Mənim 2 saat dərs yükümü götürərək müəllimə verməklərində məqsədlərinin müəllimi dərs yükü ilə təmin etmək olduğunu bildirdilər. Dərs saatları 18 saatdan artıq olan müəllimlərin dərslərini götürüb müəllimi dərslə təmin etməkdənsə, mənə qərəzli yanaşaraq 2 saat dərs yükümü məndən alıblar. Qanuna əsasən, əgər məktəbdə eyni ixtisaslı müəllimlərə orta hesabla minimum 18 dərs saatı çatmırsa, o zaman dərs saatları onlar arasında bərabər bölünməlidir”.

Cəmalə Əsgərova həmçinin 16 saat olan dərs saatımı beş iş gününə pərakəndə şəkildə paylaşdırılmasından da narazılığını ifadə edib: "Dərs cədvəlim qurularkən ailə vəziyyətim nəzərə alınmalıdır. Afaq Əliyeva isə iki azyaşlı uşağımın (2 və 5 yaşlı) olmağını nəzərə almayıb. Bir müəllim kimi normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq mənim hüququmdur. Afaq Əliyeva direktor təyin olunduqdan sonra qeyri-sağlam bir mühitdə çalışıram. Məktəbin direktoru Afaq Əliyevanın əsassız olaraq mənim barəmdə intizam tənbehi haqqında əmr verməsi məni cəzalandırmaq istəyindən irəli gəlir. Bu qərəzdən başqa bir şey deyil. Afaq Əliyeva tərəfindən mənim əmək hüququm kobudcasına pozulub”.

Şikayətçi müəllim həmçinin xatırladıb ki, o, fəaliyyəti boyu nümunəvi təhsil işçisi olub: "Məktəbin adını daima uca tutmuşam. 2014-cü ildə BDU-da müdafiə tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. 2015-ci ildə "ilin müəllimi” adını almışam və Prezidentimiz tərəfindən birdəfəlik pul mükafatına layiq görülmüşəm. Respublikamızda və xaricdə konfranslarda iştirak edib məqalələr dərc etdirmişəm”.

Sözügedən şikayətlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığımız müraciətlə bağlı araşdırma aparıldığı bildirilib. Qeyd edilib ki, araşdırma zamanı məktəbin direktoru tərəfindən müəllimə qarşı qeyri-pedaqoji rəftara yol verilməsinə dair hallar müəyyən edilməyib: "Bildiririk ki, ötən tədris ilində təkrar sinifdə saxlanılmış şagirdin valideyni avqust ayında məktəb rəhbərliyinə müraciət edərək övladının qərəzli şəkildə təkrar sinifdə saxlanıldığını bildirib və həmin məsələyə baxılmasını xahiş edib. Qeyd olunan məsələ ilə bağlı digər ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət müvafiq komissiya yaradılıb və şagird yenidən imtahana cəlb olunub. İmtahanın nəticələrinə əsasən, komissiya şagirdin növbəti sinfə keçirilməsi barədə rəy verib. Cəmalə Əsgərova həmin sinifdə tədris aparmaqdan, habelə müvafiq sinfə rəhbərlik etməkdən özü imtina edib”.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər