Valideyn məsuliyyətsizliyinin cəzası: Bu uşaqlar dövlətin himayəsinə veriləcək


Uşağı valideynlərindən uzaqlaşdırmaq travmatik bir təcrübədir. Əslində, bu, valideynlik hüququndan məhrum edilməzdən əvvəlki son addımdır. Heç şübhəsiz, valideynlərin övladı böyütmək üçün hüquq, vəzifə və öhdəlikləri var. Ancaq uşağın valideynləri ilə qalması onun hüquqlarını pozursa və sağlamlığına ziddirsə, onda nə etməli?

Dünya ölkələrinin uzun illərdir ki, bu istiqamətdə əhəmiyyətli təcrübəsi var: valideynlər tərəfindən uşağın həyatına və sağlamlığına bilavasitə təhlükə yarandığı hallarda uşaq onlardan yalnız məhkəmənin qərarı ilə deyil, sosial işçilər tərəfindən də götürülə bilər.

Artıq bizim ölkəmizdə də bu təcrübə tətbiq ediləcək. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günlərdə keçirilən iclasında "Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişiklik buna əsas verir: uşağın həyatı və ya sağlamlığı üçün birbaşa təhlükə yaranarsa, valideynlərindən alına bilər.

Belə bir dəyişikliyin gündəmə gəlməsinin səbəbi nədir?

Vəziyyət bəzi ailələrdə uşaq zorakılığı ilə bağlı mənzərənin o qədər də yaxşı olmadığını göstərir. Təkcə Uşaq Qaynar Xəttinə olunan müraciətlər bunu deməyə əsas verir. Məsələn, əgər əvvəllər xəttə daha çox böyüklər müraciət edirdisə, indi uşaqlar telefon açırlar. Mərkəzin operatoru: "Hər gün Qaynar Xəttə zənglər olur. Bəzən gün ərzində bir neçə zəng daxil olur”, - deyə sorğumuza cavab olaraq bildirdi: "Həm paytaxtdan, həm də rayonlardan zənglər edilir. Telefon açanların çoxu qızlardır. Ailədə valideynləri tərəfindən müxtəlif zorakılıqlara məruz qaldıqlarını deyirlər”.

Əslində, uşaqların hüquq və maraqlarının əks olunduğu müddəa bizim qanunvericilikdə vardı. 1998-ci ildə qəbul edilən "Uşaq hüquqları haqqında” qanun, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” əsasnamə, icra hakimiyyətlərinin nəzdində himayəçilik və qəyyumluq şöbələri, uşaq hüquqları üzrə QHT-lər uşaq hüquqlarına zidd hərəkətlərlə bağlı müvafiq siqnallar verirdilər. Ancaq bütün dünya ölkələrinin qanunvericiliyində illərdir yer alan qaydalar bizdə bir qədər "humanist”liyə köklənmişdi.

Uşaqlar dövlətin himayəsinə veriləcək

"Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını imzalayıb və ondan sonra "Uşaq Hüquqları haqqında” qanun qəbul edilib. Həm konvensiyada, həm də qanunda əsas prinsip ondan ibarətdir ki, uşaq hüquqları ilə valideyn hüquqları arasında ziddiyyət təşviq edilərsə, uşaq hüquqları üstün tutulur”, - deyə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev bildirir: "Bu o deməkdir ki, hər bir dövlət orqanı, o cümlədən məhkəmələr uşaq hüquqlarını üstün tutmalıdırlar. Əgər uşağın hüquqları onların valideynləri tərəfindən pozulursa, təbii ki, dövlət orqanları bununla bağlı hərəkətə keçməlidirlər. Hətta deyərdim ki, bu qaydaların həyata keçirilməsi bir az gecikib. Əminəm ki, uşaq hüquqları bundan sonra daha da üstün formada qorunacaq”. Hüquqşünas qanuna edilən dəyişikliyi son illər ailələrdə məişət zorakılığının daha çox baş verməsi ilə əlaqələndirir: "Zorakılıq siqnalları uşaqların hüquqlarının qorunmalı olduğunu daha ciddi gündəmə gətirir. Hər bir vətəndaşın da borcudur ki, törədilən və törədilə biləcək hüquq pozuntusu ilə bağlı lazımı instansiyalara məlumat versin. Əgər uşaq hüquqlarının qorunması ilə bağlı siqnal daxil olarsa, uşaq mənafelərinin üstün səviyyədə qorunması məqsədilə uşaq həmin ailədən alınacaq və dövlətin himayəsində olan orqanlara təhvil veriləcək”.

R.Vəliyev Ailə Məcəlləsində də oxşar müddəaların yer aldığını bildirir: "Valideynlərin hüquqlarının məhdudlaşdırılması və ya hüquqdan məhrum edilməsi, hətta uşaqların alınması ilə bağlı maddələr var. Bu halda da qanun icazə verir ki, həmin uşaqların dövlətin himayəsinə verilməsi ilə bağlı addım atılsın. Yəni daha da böyük proseduralar keçmədən, məhkəməyə gedib çıxmadan müvafiq orqanlara elə səlahiyyətlər verir ki, ilkin araşdırmalar aparsınlar və məsələ ilə bağlı öz rəylərini versinlər.

Hüquqşünas hesab edir ki, bu dəyişiklik hazırkı mərhələdə problemin inzibati qaydada həllini nəzərdə tutur: "Biz indiyə qədər başqa ölkələrin təcrübəsində görürdük ki, sosial idarələr gəlib uşağı götürürdülər. Bu, bizim üçün təəccüblü olsa da, bütün dünyada tətbiq olunan qaydadır. Bu, ona yönəlib ki, valideynlərin hüquqları uşaq hüququndan üstün tutula bilməz. Bu məsələlərdə dövlət orqanları hər kəsin - valideynlərin, qohumların, qəyyumların və başqalarının hüquqlarını pozacaq. Uşaqların hüquq və maraqlarının qorunması məqsədilə bu addımlar atılacaq. Fikrimcə, bu, ailələr üçün siqnal olmalıdır”.

"Valideynlər bundan sui-istifadə edirlər”

"Ümidli gələcək” təşkilatının rəhbəri Kəmalə Aşumovanın sözlərinə görə, tüfeyli həyat sürən, zərərli vərdişlərə malik valideynlər olan ailələrdə uşaqların mənfi hallarla üzləşmələri, zorakılığa məruz qalmaları, təhsildən yayınmaları və s. ilə bağlı statistika ürəkaçan deyil: "Bu faktlar onu göstərir ki, qanuna dəyişiklik zəruridir. Bəzən təcrübədə erkən nikaha sövq edilmə, ailə üzvü tərəfindən cinsi zorakılığa məruz qalma, narkotik istifadəçisi olan valideynlərin uşaqlarına qayğı göstərməməsi kimi hallarla qarşılaşırıq. Qanunda dəqiq maddə olmadığından polis və ya sosial işçilər və QHT əməkdaşları müdaxilə edəndə yalnız valideynlə söhbət edir, reabilitasiyaya cəhd edir. Amma bu hallar nəticə verməyəndə biz ailədən uşağı götürə bilmirdik. Çünki qanunda bununla bağlı xüsusi maddə yox idi. Valideynlər də bundan sui-istifadə edirlər”. K.Aşumovanın fikrincə, qanunda belə bir dəyişikliyin olması müsbətdir. Eyni zamanda, bunu tətbiq edən dövlət qurumları da vəziyyətdən sui-istifadə etməməlidirlər: "Biz ilk növbədə uşağın rifahı naminə valideynə reabilitasiya üçün şans verməliyik. Əgər o hallarda da valideyndə heç bir müsbət dəyişiklik baş verməzsə və uşağın həyatına təhlükə varsa, onun digər qohumu və ya qəyyumu ola biləcək şəxslərə verilməsi və ya dövlətin himayəsinə verilməsi həyata keçirilməlidir”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər