Yenidən qurulan Füzuli şəhərində neçə nəfər səs verəcək?





Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk dəfə səs verəcək.

Publika.az xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə prosesi işğaldan azad olunan Füzuli şəhərində 3 məntəqədə baş tutacaq. 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairədə, ümumilikdə, 77 seçki məntəqəsi üzrə 54457 seçici qeydə alınıb. Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcək. 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan ərazilərdə çalışanlardır.

Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək.

Səsvermədə iştirak edəcək sakinlərdən biri də Elmir İsmayılovdur. O, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində həvəslə səs verəcəyini bildirib: "Biz Füzuli sakinləri hər bir azərbaycanlı kimi bir çox tarixi hadisələrə şahidlik etdik. Qüdrətli ordumuzun gücü sayəsində Qələbə sevincini yaşadıq. Doğma şəhərimiz qısa müddətdə dövlətimiz tərəfindən yenidən quruldu və bizlər də qalib ölkənin qalib vətəndaşı olaraq doğma yurdumuza qayıtdıq. Daha bir tarixə günə öz elimizdə şahid olacağıq".

Vaqif Xanlarov da Füzuli şəhərinə qayıdan sakinlərdəndir. O, Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Bildirib ki, bu torpaqların hər qarışı uğrunda qəhrəman oğullarımızın qanı axıb, ona görə burada yaşamaq, tikib-qurmaq qürurvericidir. "Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm, çünki Füzulidə ilk dəfə səsvermədə iştirak edənlərdən biri də mənəm. Bir vaxtlar uğrunda döyüşdüyümüz torpaqlarda indi daha bir tarixi günə hazırlaşırıq. Biz 30 il bu dağların, dərələrin, doğma yurdumuzun hər qarışına həsrət qaldıq. Amma indi artıq qalib xalq olaraq öz elimizə qayıtmışıq. Yenidən qurulan Füzuli şəhərində bizim üçün hər bir şərait yaradılıb. Bir çox bayramı Füzulidə sevinc və qürur hissi ilə qarşıladıq. İndi də qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilərdə böyük həvələ iştirak edəcəyəm”, - deyə o əlavə edib.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər