Qiyamət ssenarisi: Ukrayna müharibəsi gələn il necə inkişaf edəcək?

Üç ilə yaxındır davam edən Ukrayna müharibəsində perspektiv Kiyev üçün heç olmadığı qədər qaranlıqlaşıb. Artıq Rusiyanın tez-tez gündəmə gətirdiyi "kollektiv Qərb”in dəstəyi sual altındadır və həm hərbi, həm siyasi müstəvidə Moskva ön plana çıxmış kimi görünür. Zelenski etiraf edir ki, ümid etdikləri əks-hücum əməliyyatı uğursuzluğa düçar oldu. İlin sonunda hər kəsi düşündürən bir sual var: 2024-cü ildə müharibə hansı ssenari üzrə inkişaf edəcək, Ukraynanın taleyi necə olacaq?

Publika.az BBC-yə istinadən gələn il Ukrayna müharibəsi ilə bağlı gözləntiləri təqdim edir.

London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin əməkdaşı Barbara Zançetta hesab edir ki, Ukrayna müharibəsinin başa çatması perspektivi sual altındadır.

"Döyüş meydanında vəziyyət qeyri-müəyyən olaraq qalır. Ukraynanın qış hücumu dayanıb, lakin Rusiyanın da heç bir irəliləyişi yoxdur. Nəticə müharibə meydanındakı vəziyyətdən daha çox, Vaşinqton və Brüsseldə qəbul edilən siyasi qərarlardan asılıdır. Qərbin birlik nümayişində tərəddüdlər yaranıb. ABŞ-ın müdafiə yardımı paketi prezident Baydenin dediyi "xırda siyasət”in girovuna çevrilib, Avropa İttifaqının iqtisadi yardımının gələcəyi isə Macarıstanın mövqeyindən asılıdır”, - o deyib.

Britaniyalı analitik qeyd edir ki, Qərb paytaxtlarındakı tərəddüd Putini cəsarətləndirib. Lakin Zançetta hər şeyin 180 dərəcə dəyişəcəyi gözləntisinin az olduğunu diqqətə çatdırıb.

"Avropa İttifaqının Ukrayna və Moldova ilə üzvlük müzakirələrinə başlamaq qərarı sadəcə simvolik deyil. Bu, dolayısı ilə Kiyevə dəstəyin davam etdirilməsi deməkdir, çünki Rusiyanın tam qələbəsi Ukraynanın Aİ-də gələcəyini qeyri-müəyyən edir. Vaşinqtonda da siyasətin tam tərsinə çevrilməsi mümkün deyil. Sorğu anketlərində Trampın reytinqi yüksəldiyi üçün ABŞ-ın yardımı haqda qiyamət ssenariləri irəli sürülsə də, keçmiş prezident 2016-cı ildə NATO-nu tərk etmədi. Bu o deməkdir ki, Tramp yenidən Oval kabinetə girə bilsə belə, ABŞ-ın Ukrayna siyasəti kökündən dəyişməyəcək. Təbii ki, bütün bunlar Qərb düşərgəsindəki çatların mənasız olduğu da demək deyil. Əslində 2024-cü il Ukrayna üçün daha çətin olacaq. Müharibə gələn il davam etsə də, sonsuza qədər uzana bilməz. Qərbin tərəddüdü Rusiyanı gücləndirir və Putinin ölümü, yaxud sağlamlıq problemi kimi fors-major hallar yaşanmadığı halda gözlənilən yeganə nəticə danışıqların başlanmasıdır. Hələki tərəflər bundan imtina edirlər”, - analitik vurğulayıb.

Kral Birləşmiş Xidmətlər İnstitutunun keçmiş baş direktoru Maykl Klark hesab edir ki, Ukraynadakı müharibə Avropada ötən əsrin ortalarından bəri üzləşmədiyi vəziyyəti qaytara bilər: "2022-ci ildə Rusiyanın Ukraynaya hücumu böyük müharibənin Avropaya qayıtması ilə nəticələndi. 2023-cü ildə münaqişənin gedişatı sənaye dövründəki müharibənin də geri qayıtdığını göstərdi. Sənaye dövründəki müharibə iqtisadiyyatın döyüşlərə yönəlməsi ilə nəticələnir. Rusiya 2021-ci ildən bəri hərbi büdcəsini üç dəfə artırıb, gələn il müharibəyə dövlət xərclərinin 30 faizini ayıracaq. Bu da Ukraynadakı müharibənin Avropanı ötən əsrin ortalarındakı dramatik vəziyyətlə üzləşə biləcəyini göstərir. Gələn il Rusiyanın, onun Şimali Koreya və İrandakı tədarükçülərinin, yoxsa Ukraynanın və onun Qərb himayədarlarının sənaye dövrü müharibəsinin tələblərini yerinə yetirməyə qadir olub-olmadığını nümayiş etdirəcək”.

M.Klarkın fikrincə, Ukraynada cəbhə xəttinin dalana dirəndiyini söyləmək düzgün olmazdı, hər iki tərəf strateji təşəbbüsləri ələ almağa çalışdığı üçün bir-biri ilə döyüşməyə qadirdir.

"Rusiya ən azı bütün Donbas regionunun təhlükəsizliyini tam təmin etmək üçün bütün cəbhə boyu yenidən hücuma keçə bilər. Ukrayna isə güman ki, Qara dənizə və Bosfor boğazına qədər mühüm ticarət dəhlizlərinə nəzarətdə əldə etdiyi uğurdan istifadə etməyə çalışacaq. Eyni zamanda, Kiyev bəzi ərazilərdən tarazlığı pozmaq üçün rus işğalçılarına daha çox sürprizlər hazırlamaq istiqamətində hərəkət edəcək. Lakin mahiyyət etibarilə 2024-cü il həm Kiyev, həm də Moskva üçün konsoldasiya ili kimi görünür. Rusiyanın 2025-ci ilin yazına qədər strateji hücuma başlamaq üçün avadanlığı və təlim keçmiş qüvvəsi çatışmır. Qərbin maliyyə və hərbi dəstəyinə ehtiyacı olan Ukrayna da gələn il daxili resurslarını artırmağa çalışacaq”, - o bildirib.

Britaniyalı analitik qeyd edib ki, sənaye dövrünün müharibəsi cəmiyyətlər arasında gedən mübarizədir: "Döyüş meydanında baş verənlər son nəticədə bu mübarizənin simptomuna çevrilir. Bu baxımdan, 2024-cü ildə müharibənin gedişatı Avdeyevka, Tokmak, Kramatorsk və ya cəbhəboyu üzrə hansısa dağılmış döyüş meydanlarında yox, Moskva, Kiyev, Vaşinqton, Brüssel, Pekin, Tehran və Pxenyanda müəyyənləşəcək”.

ABŞ-ın Avropa Birləşmiş Ordusunun keçmiş komandanı, general Ben Hodges hesab edir ki, Rusiya Ukraynanı ələ keçirmək qabiliyyətinə malik deyil, bu baxımdan, Qərbin dəstəyə davam etmək iradəsinin itirəcəyinə ümid edərək, hazırda zəbt etdiyi əraziləri saxlamağa çalışacaq.

"Lakin Ukrayna dayanmayacaq. O, yaşamaq uğrunda mübarizə aparır. İndi Qərbin dəstəyinin zəifləməsi narahatlıq yaratsa da, yeni ilin əvvəlində vəziyyət dəyişə, təxirə salınmış yardım paketi Konqresdən keçə bilər”, - o deyib.

Ben Hodges qarşıdakı aylarda Ukraynanın nələr edə biləcəyini də proqnozlaşdırır:

- Əks-hücumu yeniləmək üçün köhnəlmiş bölmələri bərpa edəcək;
- Silah və sursat istehsalını artıracaq;
- Rusiyanın güclü elektron müharibə imkanlarına qarşı mübarizə qabiliyyətini təkmilləşdirəcək;
- Yaya qədər Ukrayna ABŞ istehsalı olan F-16 təyyarələrindən istifadə edə biləcək, o cümlədən, Rusiya təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemini gücləndirəcək.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər