Üzvlük, yoxsa sadəcə vəd? - İrəvan da ümidlənib ki...



Avropa İttifaqı (Aİ) uzun sürən götür-qoydan sonra nəhayət müvafiq qərar qəbul etməyə cürət edib. Gürcüstana namizəd statusunun verilməsi, Ukrayna və Moldovanın üzvlüyə qəbul ilə bağlı danışıqlara başlanılması son günlərin ən aktual mövzusudur. Bəs Avropa bu qərarı verməkdə nə qədər səmimidir?

Həqiqətənmi Aİ bu üç ölkəni öz sıralarına daxil edəcək? Tbilisidə bu hadisəni atəşfəşanlıqla qeyd edən gürcülər görəsən neçə il gözləməli olacaqlar? Və yaxud qalan iki ölkə - Moldova və Ukrayna neçənci ildə üzvlük barədə danışıqlara ümid edirlər? Sual çox, cavab isə azdır. Avropa belə vədləri çox verib və ortada bizə yaxşı tanış olan Türkiyə nümunəsi var. 60 ildən də artıqdır ki, Türkiyə Aİ-nin qapısında gözləyir. Üzvlüklə bağlı bütün şərt və tələbləri yerinə yetirsə də, ortada nəticə yoxdur.

Üzvlüklə bağlı yeni qərarlar qəbul etməklə Avropanın hədəfi bəllidir. Bu dövlətləri Rusiya təsirindən tamamilə uzaqlaşdırmaq. Gürcüstanla bağlı konkretliyin arxasında isə Tbilisidə son vaxtlar artan rusiyameyilliyi azaltmaqdır. Moldova və Ukrayna artıq Moskva ilə bağlı siyasətlərini müəyyənləşdiriblər, bu səbəbdən onlardan narahat deyillər.

Ermənistan da ümidlənib

Maraqlıdır ki, Gürcüstanla bağlı qərar Ermənistanı da ümidləndirib. Rusiya ilə münasibətlərini gərginləşdirmək siyasəti yürüdən İrəvan ümid edir ki, Qərbdə bunu qiymətləndirəcəklər. Bu səbəbdən, ritorikanı bir az da sətləşdirmək gərəkdir. Görünür, Qərbdən də bu istiqamətdə müəyyən mesajlar alıblar. Yəni ermənilər nə qədər sərt olsalar, antirusiya addımları atsalar, şans da artacaq. Bu mövqeni erməni politoloqu Aleksandr İsgəndəryan da bölüşür. Onun sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiyası onun Rusiya ilə qarşıdurmasından asılı olacaq. "Aydındır ki, nə Moldova, nə Ukrayna, nə də Gürcüstan indiki formada Avropaya inteqrasiya mərhələsi üçün heç bir kriteriyaya tam cavab vermirlər. Bu, siyasi qərardır və sırf Ukrayna müharibəsi və Avropa ilə Rusiya arasındakı qarşıdurmaya görə qəbul edilib. Avropa İttifaqının bu qədər açıq siyasi mövqeyini xatırlamıram. Bu, tamamilə fərqli bir vəziyyətdir. Ermənistanın bu prosesdə iştirak edib-etməyəcəyi və bunun hansı formada olması Ukrayna müharibəsindən və Rusiyanın Avropa ilə münasibətindən asılıdır”, - deyə İsgəndəryan vurğulayıb.

Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır

Qayıdaq Gürcüstana. Maraqlı olan torpaqları işğal edilən Gürcüstana statusun verilməsidir. Halbuki qurum əvvəlki bəyanatlarında və şərtlərində bunu qəbul etmirdi. Ehtimallara görə, bu addımla bir neçə hədəf güdülür. Qərb Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyanı bu yolla Gürcüstana inteqrasiya etməyi hədəfləyir. Buna nail olacağı isə az ehtimal edilir. Bu əyalətlər Rusiyaya tam bağlıdır və ondan heç ayrılmağı da düşünmürlər.

Gürcü politoloq Nika Çitadzenin sözlərinə görə, Aİ Avropayönlü çoxluğu sakitləşdirmək üçün onlara namizəd ölkə statusu verib. Amma gələcəkdə Avropaya inteqrasiya iqtidarla müxalifət arasında dialoqun qurulması ilə əlaqələndirilməlidir. Ekspert Şota Apxaidze də hesab edir ki, Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır: "Tbilisi Aİ və ABŞ-nin təsirindən çıxmağa başlayıb. Gürcüstan hakimiyyəti Qərb tərəfdaşları ilə açıq şəkildə qarşıdurmaya gedib, bu da əvvəllər heç vaxt baş verməyib. Nəticədə Brüssel ölkəni itirməkdən qorxdu və qəzəbini mərhəmətə çevirdi”.

Ukrayna və Moldova hələ də gözləyir

Ukrayna və Moldovaya gəldikdə, konkret Kiyevin Aİ ilə danışıqlara daxil olması uğrunda mübarizəsi Brüsseldə keçirilən sammitin son dəqiqəsinə qədər davam edib. Aİ dövlət başçılarının üzvlük danışıqlarına başlamaq qərarı hər iki ölkəyə yaxşı şans versə də, onları ciddi daxili problemlərin həlli zərurəti ilə üzləşdirir. Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasından olan Oazu Nantoi hesab edir ki, sakinlərin ən azı 55%-i ölkələrini Aİ-də görmək istəyir. Onun sözlərinə görə, bir neçə il davam edə biləcək danışıqlar zamanı avrointeqrasiya dəstəyinin özəyi Moldovada möhkəmlənəcək. Bunun üçün Ukraynada sülh lazımdır. Hər iki ölkənin Aİ-yə üzvlük yolunda keçəcəyi çətinliklərə gəlincə, yerli müşahidəçilər hesab edir ki, ən çətini cəmiyyətin özündə stereotipləri yıxmaq olacaq. Daha çox da Moldovada. Məsələn, son bir neçə ildə bu ölkədə qanunun aliliyinə və məhkəmə sisteminə etimadsızlıq yaranıb. Hər iki ölkədə korrupsiya, məhkəmə sistemində problemlər var.

Moldovanın Avropaya inteqrasiya yolunda əsas maneələrdən biri qondarma Dnestryanı məsələsi ola bilər.

Bir il yarım ərzində Moldovada həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Ölkədə hakimiyyət dəyişsə, Kişineunun Avropaya inteqrasiya kursundan əl çəkərək "üzünü Moskvaya çevirməsi” təhlükəsi yarana bilər.

Beləliklə, Avropanın vəd etdiyi üzvlük məsələsinin tez bir zamanda baş tutacağını gözləmək olmaz. Qərb postsovet məkanına daxil olan ölkələri nəzarətdə saxlamaq üçün bu cür şirnikləndirici vədlər verir. Hədəf də bəllidir, bölgədə mövqeyini gücləndirmək və Rusiyanı zəiflətmək ("Kaspi" qəzeti).

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər