Gündəm
7.08.2023, 08:54
Aİ müalicə üçün 2400-dən çox ukraynalını qəbul edib
Aİ-nin 27 ölkəsindən 21-də 2400-dən çox Ukrayna vətəndaşı müalicə üçün qəbul edilib.
Bu barədə Avropa Komissiyasının Mətbuat Xidməti məlumat yayıb.
"Avropa Mülki Müdafiə Mexanizmi vasitəsilə 2400-dən çox ukraynalı xəstə bütün Avropadakı xəstəxanalara xüsusi müalicə üçün göndərilib”, - Avropa Komissiyası bildirib.
AK bu şəxslərin xəstəxanalarda nə qədər qaldığını və onların hərbçi və ya mülki vətəndaşlar olub-olmadığını dəqiqləşdirməyib.
Xatırladaq ki, 2022-ci ildə Avropa İttifaqı və NATO münaqişə zamanı yaralanan və müxtəlif xəstəliklərə məruz qalan Ukrayna ordusunun hərbçilərinin Avropada tibbi yardım alması və reabilitasiyadan keçməsi barədə razılığa gəliblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay