Həmkarlar İttifaqları Konfederasiyasında “putyovka” biznesi – Milyonlar necə “yeyilir”?

 

Azərbaycanda həmkarlar ittifaqları və onların birləşdiyi konfederasiyanın fəaliyyəti ilə bağlı insanların yaddaşında qalan əsas xüsusi məqam bu qurumların "putyovka” biznesi ilə məşğulluğudur. Həmkarlar ittifaqlarının rəhbər şəxsləri hər il minlərlə "putyovka” satmaqla böyük gəlir əldə edirlər.

Turantv.az bildirir ki, qanunvericiliyə əsasən həmkarlar təşkilatına üzv olan işçilərin müalicə və istirahətini səmərəli təşkil etmək üçün həmkərlar təşkilatlarından yollayış ("putyovka”) almaq hüququ var. Həmin yollayışların vasitəsilə işçilər, onların ailə üzvləri Abşeron yarımadası, Nabran, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Lənkəran, Masallı, Lerik, Naftalan, Şabranda yerləşən istirahət mərkəzlərinə, sanatoriya-kurort müəssisələri və sağlamlıq düşərgələrinə gedə bilərlər.

 

Çoxlu sayda üzvü olan həmkarlar qurumlarlarının bu sahədə fəaliyyətini necə təşkil etdiyi, nə qədər yollayışı pulsuz verdiyi, yaxud nə qədərinin satıldığı, yollayışların hansı istirahət mərkəzlərinə verildiyi haqqında ətraflı məlumata rast gəlinmir.

Həmkarlar təşkilatlarının birləşdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da fəaliyyəti bu baxımdan olduqca şübhəlidir.

Azərbaycanda 1 700 000 nəfərə yaxın əmək müqaviləsi ilə işləyən şəxs var. Bundan başqa, çoxlu sayda insan pensiya alır. Qanunvericilik həmkarlar təşkilatına üzvlük haqqı ödəyənlərə, "pensiya fondu”na sığorta haqqı ödəyənlərə və onların ailə üzvlərinə yollayış almaq hüququ verir. Ümumilikdə bir neçə milyon insan həmkarlar təşkilatından yollayış ala bilər.

Amma sosial şəbəkələrdə, mediada dərc olunan məlumatlardan anlaşılır ki, yollayış ala bilən insanların sayı olduqca azdır. Halbuki, bu insanların bir qisminə "putyovka”lar pulsuz, bəzilərinə haqqını qismən ödəməklə, digərlərinə isə haqqı tam, lakin bazar qiymətlərindən aşağı olmaqla yollayış verilməlidir. Narazılıqlardan aydın olur ki, uzun müddət əmək fəaliyyəti ilə məşğul olan, həmkarlar təşkilatlarına üzv olan insalar ötən 20-30 il ərzində bir dəfə də olsun, "putyovka” ala bilməyib.

Bunun başlıca səbəbi həmkarlar ittifaqlarının və onların birləşdiyi konfederasiyanın "putyovka” satışını biznesə çevirməsidir. Bu biznes konfederasiyaya 1993-cü ildən bəri 30 ildir ki, rəhbərlik edən Səttar Möhbalıyevin vaxtında xeyli "inkişaf” etdirilib.

 

Hazırda həmkarlar ittifaqlarının balansında Azərbaycanın şəfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Bu mərkəzlərdə hər il on minlərlə insan məhz "haqqını” ödəməklə yollayış alaraq istirahət edirlər. Şəfalı yerlərdə istirahətə və müalicəyə ehtiyac yüksək olduğundan həmin yollayışlara tələb də böyük olur. Buna görə də uzun müddət əmək fəaliyyəti ilə məşğul olan şəxslər "putyovka” ala bilmədiyi halda ayrı-ayrı insanlar, "haqqını” ödəməklə, asanlıqla yollayış alıb istirahət və müalicə mərkəzilərinin xidmətlərindən yararlanırlar.

Həmkarlar konfederasiyasının hesabatlılığının aşağı səviyyədə olması, fəaliyyətində şəffalığı təmin etməməsi də qurumun fəaliyyətinin nöqsanlı olmasının göstəricisidir. Konfederasiyanın rəsmi informasiya resurslarından qurumun maliyyə hesabatları ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bilmək olmur ki, konfederasiyaya üzv olan təşkilatlar il ərzində nə qədər üzlük haqqı toplayır, bunun nə qədəri yollayışların maliyyələşdirilməsinə yönəldilir, istirahət və müalicə mərkəziləri hansılardır, təşkilatın balansında olan əmlakların saxlanılması üçün nə qədər vəsait ayrılır.

Konfederasiyanın bu məlumatları açıqlamaması "putyovka” biznesi ilə bağlı narazılıqların əsassız olmadığını göstərir.

Nəzərə alaq ki, həmkarlar ittifaqları ictimai qurumdur və onların gəliri əsasən üzvlük haqları hesabına formalaşır. Belə qurumlar üzvləri və ictimaiyyət qarşısında hesabatlı olmalıdır.

 

Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar göstərir ki, 2022-ci ildə həmkarlar konfederasiyasına 27 həmkarlar ittifaqı üzvdür. Həmkarlar ittifaqları isə 1 102 484 üzvü özündə birləşdirir. İttifaqlarda 14 202 həmkarlar təşkilatı, o cümlədən 60 birləşmiş və 501 şəhər, rayon komitələri  fəaliyyət göstərir.

Həmkarlar ittifaqı hər ay üzlərindən əməkhaqqı, təqaüd və əlavə hesablanmış qazancların, maddi yardımın, mükafatın və digər gəlirlərin müəyyən hissəsini üzvlük haqqı kimi alır. Adətən üzvlük haqqı 2 faiz civarında olur. Azərbaycanda orta aylıq əməkhaqqının 921 manat olduğunu nəzərə alsaq, təşkilatlar üzvlərindən hər ay ümumilikdə təxminən 20 milyon manat, bir ildə 240 milyon manat üzvlük haqqı toplayır.

Üzvlük haqqından başqa həmkarlar ittifaqları  təsərrüfat  hesabı ilə işləyən mədəni-maarif, idman müəssisələrindən və fəaliyyətin digər növlərindən, başqa mənbələrdən, o cümlədən ianələr hesabına vəsaitlər əldə edirlər. Digər vəsaitləri də nəzərə alsaq, ittifaqlar və konfederasiya il ərzində bir neçə yüz milyon manat gəlirə sahib olur.

Bu gəlirlərin çox hissəsi məhz üzvlərin və onların ailə üzvlərinin istirahətinə, müalicəsinə yönəldilməlidir. Lakin S.Mehbalıyevin rəhbərlik etdiyi konfederasiya bu vəsaiti qaranlıq məqsədlər üçün istifadə etməklə yanaşı, kütləvi şəkildə "putyovka” biznesinə də himayədarlıq edir.(sfera.az)

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər