Eldar Əzizov aciz durumda: Mübariz Hüseynovun fəaliyyətinə nəzarət edə bilməyən mer çıxış yolunu nədə görür

 

Bakı Şəhər İcra Hakimiyyəti bir neçə gün öncə Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq barədə tədbir keçirdi. 
 
Tədbirdə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikalarının hazır vəziyyətə gətirildiyi, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işlərinin aparıldığı vurğulandı.
 
Formal çıxış və hesabatlarla davam edən iclasda diqqətçəkən məqamlardan biri isə görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilməsi oldu.
 
AzFakt.com-un özəl mənbədən əldə etdiyi məlumata görə bu qərarın verilməsinə səbəb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən
Mənzil-Kommunal Təsərrüfat Departamentində və bu qurumun tabeliyində fəaliyyət göstərən idarə və müəssisələrdə korrupsiya faktlarının olması ilə bağlıdır.
 
Məlumata görə Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərliyə başlamasından 5 il keçməsinə baxmayaraq, yeni başçı bu qurumda korrupsiyanın kökünü hələ də kəsə bilməyib.
 
Departamentin balansılnda olan binaların cari təmiri məqsədi ilə ayrılan vəsaitlərin böyük həcmi hər il sənədlərlə "yuyulur”. Kosmetik aparılan təmir işləri əhalinin Prezident Administrasiyasına kütləvi şikayətinə səbəb olur.
 
Paytaxt sakinlərinin Prezident Administrasiyasına ünvanladıqları haqlı şikayətlər Eldar Əzizovu radikal qərarlar verməyə məcbur edib.
 
Ancaq görünən budur ki, uzun illərdir Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən bəzi təşkilatların rəhbərləri hələ də Eldar Əzizova qarşı ciddi mübarizə apara bilirlər.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə böyük həcmdə korrupsiya faktlarının olduğu təşkilatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sanitariya və Texniki Təmizlik İdarəsidir.
 
Qarlı və şaxtalı havalarda Bakı şəhərinin yollarının açıq olmasına, küçə heyvanlarının yemlənməsinə cavabdeh olan bu qurum hər il milyonlarla vəsaiti müxtəlif adlar altında silir.
 
İdarəninin balansında olan avtomobillərin və texniki vasitələrin təmiri, yenilənməsi, saxlanması, Bakı yollarına hər il alınan texniki duzun və küçə itlərinə alınan yemlərə görə hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.
 
Lakin bu vəsaitin böyük hissəsi aidiyyatı üzrə xərclənmir.
 
Ölkənin ən böyük "tender kralı” ilə əl-ələ verib Sanitariya və Texniki Təmizlik idarəsinə uzun illərdir rəhbərlik edən Mübariz Hüseynovun fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müdaxilə edə bilmədiyi bildirilir.
 
Vəzifəyə təyin edildiyi dövrdən "seytnot” vəziyyətinə düşən Eldar Əzizovun çıxış yolunu görülən işlərə nəzarət məqsədilə hər bir rayona cavabdeh şəxs təyin edilməsində görür.
 
Ancaq Eldar Əzizovun bu planının da uğursuz olacağı bildirilir.
 
Məlumata görə indiyədək ölkənin ən böyük şəhərlərinə – Gəncə və Sumqayıt şəhərlərinə başçılıq edən, 20 ildən artıq başçı kimi təcrübəsi olan Eldar Əzizovun hələ belə aciz duruma düşdüyü olmayıb.
 
Bakı şəhərində qışa hazırlıqla bağlı Eldar Əzizovun təyin etdiyi cavabdeh şəxslərlə bağlı qərarın isə bir çox dövlət qurumlarında gülüşlə qarşılandığı bildirilir.
Turantv.az

Son xəbərlər

Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı

“İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI… – BU NƏDİ BELƏ?!

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir?

Qarabağ Universitetinə təyin edilən rektor kimdir? – DOSYE

İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir…

Gəncə Dövlət Universitetində nələr baş verir? Kafedra müdirinin əməllərindən Rektorun xəbəri varmı?Şikayət

Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR… – BU NƏDİ BELƏ?!

“Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı – “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır…

Bu da Masallının tenderYEYƏNLƏRİ… – İLGİNC SİYAHI…

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi – ƏNDİŞƏ VAR…

Boşanmaların çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Bütün xəbərlər