Ucarda yerli məmurlar rayonu NECƏ ÇÖKDÜRÜR… – İTTİHAM VAR…
Turantv.az : – "Ucar rayonuda həyat iflic olub.Bunun isə başlıca
səbəbi rayon rəhbərliyinin yarıtmaz fəaliyyətidir. Belə ki, Ucar rayon
Kommunal Müəssisəsləri Kombinatının (komxozun) 400 nəfərdən çox işçisi
var.Təxminən 70 nəfər komxozun işçisidir, qalan şəxslər isə "DOST” İş
Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında orada işləyir.
Bu qədər işçisi olan idarə balaca ərazisi olan Ucar şəhərini təmizləyə
bilmir ki, buna görə rayon zibillik içindədir”. Bu barədə DİA.AZ-a
göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Çünki işçilərin əksəriyyəti aylıq
haqq verib işə gəlmədən hər ay maaş alırlar.400 nəfərdən çox işçinin
təxminən 350 nəfəri işə gəlmir hər ay 150-200 manat arası aylıq haqq
verirlər.Həmin pullar komxozun müdiri tərəfindən icra başçısının müavini
Vaqif Mehdiyevə (çünki idarəyə nəzarət ona tapşırılıb) çatdırılır.
Həttda idarəyə işçilərin davamiyyətini yoxlamağa gələn Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarınada aylıq haqq verilir.Bu
səbəbdəndir ki, bu qanunsuzuq barədə tədbir görülmür deyə Ucarda ara
qarışıb məssəb itib.Günlərlə zibillər yığılmır, küçələr
təmizlənmir.Antisanitariya baş alıb gedir, insanların sağlamlıqları
ciddi təhlükə altındadır.Rayona gələn qonaqlar təcüblənib soruşurlar ki,
Ucar hansı respublikanın rayonudur ki, belə nəzarətsiz qalıb.
"DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə Ucar rayon Kommunal
Müəssisələri Kombinatında 68 yaşlı qoca adamlarda işə qəbul olunub ki,
onlar heç vaxt işə gəlmədən hər ay maaş alırlar həmdə qocalığa görə
təqaüd də alırlar.Həmin qoca adamların fiziki qüvvəsi buna imkan vermir
ki, küçə təmizləsin, zibil yığsın və sairə iş görə bilsinlər.
"DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucarda komxozda işləyənlərin
davamiyyətini nazirlikdən yoxlamağa gələn olanda heç vaxt işə gəlməyən
işçilər həmin günü əyinlərində fəhlə paltarı işdə peyda olurlar.Bunu isə
onlara icra başçısının müavini Vaqif Mehdiyev tez məlumat verir.Çünki
Vaqif Mehdiyevi gələn yoxlama əvvəlcədən xəbərdar edirki, onlara işdə
olmaları barədə məlumat verilsin.Ucarda yoxlama olan kimi rayonun
küçələrində əynində fəhlə forması olan işçilər payda olub kimi yer
süpürür kimi zibil atır güclü təmizlik işləri gedir.Ancaq yoxlama
gedəndən sonra yenə köhnə hamam köhnə tas Ucar zibilliyə qərq olur.
Ucar rayonda yaranmış bu korrupsiya piramidasının başında bir başa icra
başçısının müavini Vaqif Mehdiyev və Ucarda yoxlamaya ezam olunmuş
vəzifəli şəxslər dayanırlar.
Mərbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik
Ucar rayonunda yaranmış bu korrupsiya piramidasının dağıdılmasına,
"DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal
Məssisəsləri Kombinatnda adı işdə gedib işə gəlməyib aylıq haqq
verənlərin işdən kənarlaşdırlıb yerinə kasıb, işsiz, cavan insanların
işə qəbul edilməsinə tapşırıq verəsiniz. Hər dəfə yoxlama adı ilə Ucara
ezam olunub icra başçısının müavinindən haqq alıb bu qanunsuzluqlara göz
yuman vəzifəli şəxslərində barəsində ciddi tədbirlər görməyinizi axhiş
edirik”.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay