Səfərbərlik xidmətindəki həbslərə səbəb nədir? – “Əvvəllər də rüşvət var idi, bu gün də…”

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əvvəlki kimi güc strukturlarının birində, yəni ölkənin ən böyük güc strukturu olan Müdafiə Nazirliyinin səfərbərlik xidmətində olsaydı, daha yaxşı olardı”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) başlayan silsilə ixtisarların pərdəarxası məqamlarına toxunub.

Xatırladaq ki, son dövrlər SHXÇDX-nin bir sıra rayon şöbələrində aparılan əməliyyat tədbirləri nəticəsində qurumun rayon şöbələrinin rəisləri həbs edilib.

Ü. Cəfərov xatırladıb ki, əvvəllər hərbi komissarlıqlar Müdafiə Nazirliyinin tabeliyində idi:

"Sonradan Azərbaycanda bəzi şəxslər danışaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini yaratdılar. Əvvəlki dönəmdə burada bir general-mayor idi. Müstəqillik dövründə onu general-leytenant etdilər. Bizdə isə müstəqillik dövründə 2 adam olub. Əbülfəz Qasımov və Əliağa Hüseynov. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranandan sonra bu quruma general-leytenant Arzu Rəhimov təyin olundu. 44 günlük savaşdan sonra isə o general-polkovnik rütbəsi aldı”.

Polkovnikin fikrincə, bu gün bu boyda quruma ehtiyac yoxdur:

"Təsəvvür edin ki, Çağırış Baş İdarəsi rəisi, Kadrlar Baş İdarəsi rəisi və digər şöbələrin rəhbərlərinin hamısı general-mayordur. Amma xidmətin rəisi ehtiyatdan çağırılmış polkovnik Mürsəl İbrahimovdur. Onun 4 general-leytenant müavini var. Doğrudur, onun müavinlərdən biri, general-leytenant Zaur Abdullayev vəzifəsindən azad olunub, lakin onun 3 müavini general-leytenantdır. Hələ bu gün açıqlanıb ki, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev tutduğu vəzifələrdən azad olunub, sərəncama götürülüb”.

"Diqqət yetirdinizsə, qurumun İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinə yeni rəis təyin olunub; "Kapital Bank”ın mətbuat xidmətindən gətirilmiş Pərviz Sədrəddinov. Bu adamın, ümumiyyətlə, səfərbərliklə heç bir əlaqəsi olmayıb və anlayışı yoxdur, lakin xidmətə polkovnik rütbəsi ilə gətirilib. Mənim ona şəxsiyyət kimi böyük hörmətim var, amma sabah məni oraya rəis təyin etsələr, deməli, hamısını vəzifədən çıxarıb dost-tanışı salmalıyam? Belə yanaşma kökündən yanlışdır.

İndi qurumda yeniliklər yaradılıb. Yaxşı, sabah xidmət rəisi başqa ölkəyə gedibsə, İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi də onunla getməlidir. Bu adam 3 gün ezamiyyətdə olacaqsa, işlər dayanmalıdır?”, – əlavə edib.

Ü. Cəfərov söyləyib ki, bu gün Azərbaycanda struktur islahatı adı altında uğursuz işlər həyata keçirilir:

Bu gün Pərviz Sədrəddinov deyir ki, baş idarələr ləğv olunmayıb və yeni rəislər təyin olunacaq. Fərqi nədir? Dünən general-mayor Çingiz Kiçikbəyov idisə, bu gün onun yerində Məmməd Məmmədov ola bilər. Bu kimi qurumlar dövlət büdcəsinə çox ağır yükdür. Azərbaycan balaca ölkə olduğuna görə ölkədə neçə generalın və admiralın olduğunu hamı bilirdi. Bu gün isə generalların sayı az qala Çin Xalq Respublikası ordusunun generallarının sayı qədərdir.

Hesab edirəm ki, burada Silahlı Qüvvələrin məvacibi artırmaq, əvəzində məmur ordusunu azaltmaq lazımdır. O qurumun yarısını ixtisara salsan, orada xidmət edənlərin məvacibini 2 dəfə artırmaq olar və bu, büdcəyə də yük olmaz. Kompüter əsrində bu cür vəzifələrə nə ehtiyac var?”

"O ki qaldı həbslərə, hərbi komissarlıqlardan qalan köhnə vərdişlər bu gün də davam edir. Dünən və bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad və Tərtərdə əməliyyatlar həyata keçirib. Bu, Cəlilabadda son illərdə baş verən 3, ya da 4-cü səs-küylü həbslərdir. Xatırladım ki, orada 2 icra başçısı həbs olunsa da, korrupsiya davam edir. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əvvəllər də rüşvət var idi, bu gün də rüşvət var, sabah da olacaq. Çünki Azərbaycan cəmiyyətində bununla yetərincə mübarizə aparılmır.

Mən yeni rəisi də başa düşürəm. O, indi Arzu Rəhimovdan qalan kadrları çıxarıb təzə bir nəfəri Kadrlar Baş İdarəsi rəisi Azad Əliyevin yerinə təyin edəcək. Ona da gələn ilin fevralında general veriləcək. Eləcə də digər qurumlarda da belə olacaq. Həmin o generallar bu gün ehtiyatda, yaxud istefada olanda o məvacibi alırlar. Müvafiq şəxslər və qurumlar bunu fikirləşməlidirlər ki, büdcəni dağıtmaq olmaz. Büdcənin hər qəpiyi məqsədyönlü şəkildə istifadə olunmalıdır.

Bir sözlə, şəxsən səlahiyyətlərim çərçivəsində olsaydı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ixtisara salıb, onu Müdafiə Nazirliyinə, yaxud digər güc strukturunun tərkibində balaca bir xidmət formasında yaradardım. Çox işlər görülməlidir bu sahədə. Bu, vahid bir xidmətdir, lakin xidmətin təşkili yanlışdır. Azərbaycanın büdcəsini bu formada israf etmək olmaz”, – müsahibimiz fikirlərini tamamlayıb.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər