Səfərbərlik sistemində HƏBSLƏR DAVAM EDİR: Bu dəfə… – Laçın və Cəlilabaddakı “vaenkom”lara süpürgə çəkməyin vaxtıdır…
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsinin müfəttişləri həbs edilib.
Turantv.AZ bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Laçın Hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Rəmil Həsənov vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri maddəsi ilə təqsirləndiriliblər.
Onlar barəsində məhkəmə qərarı ilə vəzifələrindən kənarlaşdırma
şərtilə polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilib.
Ətraflı
Qeyd edək ki, bir neçə gün əvvəl Xaçmaz rayonunun hərbi komissarı həbs edilib.
Hərbi komissarlar çağırışçıların sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almaqda ittiham edilirlər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay