Metroya ayrılan dotasiyalar “qəhrəmancasına əridilir” – AÇIQ YEYİNTİ

 

"Mozalar” satirik kino jurnalında görmüsünüz. Məşhur aktyor Fazil Salayevin oynadığı bir obraz vardı. Adam həmişə içkili olur, metroya buraxmırlar. O da metronun girişindəki milis nəfərindən soruşur: "Orda – aşağıda qatarlar o yana gedir, bu yana gedir. Hə?”
Bəli, Bakıda, yerin altında altında qatarlar o yana-bu yana gedib gəlir. Bax, həmin o qatarların vaqonlarının çoxu elə "Mozalan” dövründən qalıb. O vaqonlar artıq çoxdan köhnəlib. Nə içində kondisoner quraşdırılıb, nə əməlli-başlı bir havalandırma sistemi var.

Üstəlik darkeş, narahat. Bu, komfortsuz, nasaz qatarlar qapısından bacasına insanla dolur və yerin altında elə o yana gedir, bu yana gedir. İnsanlar vaqonlarda hətta ayaq üstə dayanmağa da yer tapmır. Basabas düşür, sıxlıqdan-havasızlıqdan sərnişinlərin ürəyi dayanır az qala.

Sərnişin o qədər çox olur ki, bəzən vaqondan düşənlər çatdırıb düşənə qədər minənlər çatdırıb vaqona minə bilmir. Bir də görürsən, bayırdan bir səs gəldi: "Mehriban olun! Bur az da, bir az da mehriban olun!”

Bir dəfə oxşar vəziyyətlərdən birində jurnalist Zamin Hacı bayırdan gələn: "Bir az da mehriban olun!” çağırışına vaqonun içindən belə cavab vermişdi: "Qardaş vallah mehriban olmaqdan da keçib, burda qohum olmuşuq artıq”. Bax belə.

Ramiz Rövşən bir şeirində belə demişdi:

"Hələ ki, bu metro düşüb baxtına,

Axına qoşulub sən də axarsan.

Girib "Baksovet”də yerin altına,

Montində xortlayıb yerdən çıxarsan”.

Doğrusu, bu qədər adam hər gün yerin altına girib, oradan da, şair demiş, "xortlayıb” yerdən çıxa bilirsə, böyük işdir… Hamısına milli qəhrəman adı vermək lazımdır.

Çünki… Çünki Bakı Metropoliteninin rəhbərliyi dövlətin metroya ayırdığı dotasiyaları qəhrəmancasına "əridir”. Deyir ki, "O sınıq-salxaq vaqonlar, o da siz. Minin, gedin”. Vəssəlam.
Bizimyol.info

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər