BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
Lənkəran rayon İcra Hakimiyyətinin başçısı niyə qardaşının qəsdən öldürüldüyünü gizlətməyə çalışır???
Bu gün Baş Prokurorluq yenidən mediaya xəbərdarlıq məzmunlu
müraciət edib. Baş Prokurorluqdan "Təzadlar”a verilən rəsmsi məlumatda
qeyd olunur ki, «Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu
silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş
Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur…». Qeyd
edək ki, iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölən
A.Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun
kiçik qardaşıdır. Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla
ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb. Bu gün isə
Azər Qaraşovu oğlu Azay Qaraşovun qətlə yetirdiyi məlum olub.
Bəs bu qətl nə ilə bağlıdır? Niyə Lənkəran RİH qətl hadisəsini silahla
ehtiyatsız davranma ilə əlaqələndirərək istintaqın diqqətini əvvəlcədən
və bilərəkdən yayındırmaq istəmişdir? "Təzadlar” bu və ya digər suallara
istintaq sirrini yaymamaq şərti ilə aydınlıq gətirməyə çalışır…
İcra başçısından yalan məlumat…
Lənkəran RİH başçısı Taleh Qaraşov qətl hadisəsi baş verən gün mediyaya
açıqlama verdi ki, "Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf
ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi?
Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb.
Yazırlar ki, kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov
tüfəngi olub, məsələ araşdırılır”.
Maraqlıdır, qardaşı qardaşının oğlu tərəfindən qətlə yetirilən İcra
başçısı mediyaya informasiyanı çaşdırıcı halda ötürür, sonra isə Baş
Prokurorluq mediyayak xəbərdarlıq edir ki, dəqiqləşdirilməmiş məlumatı
yaymayın. Amma, bir daha deyirik, yuxarıda da rəsmi hesab edilən
informasiya agentlikləri aydın şəkildə paylaşım etdilər ki, başçının
qardaşı oğlu tərəfindən qətlə yetirilib. Nə üstündə, bu başqa məsələdir…
Kürdəmirdə hamı qətlin hansı səbəbdən baş verdiyini bilirsə…
Bəli, ötən il müavini məktəblini döydüyünə və digər qanunsuz əməllərinə
görə işdən qovulan, barəsində cinayət işi başlanılan və Ali Məhkəmənin
hökmü ilə müvaiq cəzaya məhkum edilən Taleh Qaraşovun qardaşının hansı
səbəbdən güllələndiyini bütün Kürdəmir sakinləri bilir. «Təzadlar»a da
bu barədə danışan mənbə var. Lakin Baş Prokurorluğun bu günkü
xəbərdarlığına hörmətlə yanaşaraq hələki bu barədə susmağa üstünlük
veririk. Baxmayaraq ki, 27 ildir icra başçısı işləyən Taleh Qaraşov
medianı və ictimaiyyəti çaşdıran məlumatı yayır, amma ona Baş
Prokurorluqdan xəbərdarlıq edilmir…
***
RƏSMİ ARAYIŞ: Taleh Azay oğlu Qaraşov – 20 may 1959-cu ildə
Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1991-1996-cı
illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci
illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı
illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci
illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə
Astara rayon İcra hakimiyyətinin başçısı və nəhayət, 14 aprel 2012-ci
il tarixdən isə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində
çalışır.
Bu da 27 ildir icra başçısı olan şəxsin müavinin hoqqaları…
Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda deyilirdi: «Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı iyulun 14-də həmin təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib(???), bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub. Faktla bağlı cinayət işi başlanılıb». Sonra isə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızının 9-cu sinif şagirdini döydüyü təsdiqlənib. O, şagird öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib.
Bax elə burada iri bir sual yaranır: Taleh Qaraşovun istəkli
müavininin şəxsi mənzili iş yeri idimi, yaxud nə idi ki, qız uşağı olan
şagird onun evinə gətizdirilir. İkincisi, başçının müavini attestat
verən idimi, yaxud kim idi ki, belə bir qanunsuz əmələ rəvac verirdi???
Hansı ki, onun icra başçısı Taleh Qaraşovun ərköyün müavini olması və s.
barədə sosial mediada dilə gətirilməsi mümkün olmayan ittihamlar
səsləndirilib.
Başçının müavini istintaq qarşısında…
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavininin məktəblini
döyməsi faktı ilə bağlı cinayət işi başlanılması barədə Baş Prokuorluq
sonradan genişləndirilmiş məlumat da yaydı. Sitat: «Lənkəran Şəhər İcra
Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər
V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru
Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı
fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon
prokurorluğunda araşdırma başlanılıb. Araşdırma zamanı müəyyən edilib
ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd
edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz
xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə
gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da
iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından
açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə
almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb
şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə
sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub. Eyni
zamanda keçirilən məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel
Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar
edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci
(vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Həmçinin icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru
Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin
görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara
Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib. İstintaq
zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla
nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək».
Bu da məsul şəxslərin hoqqaBAZlığına verilən məhkəmə qərarı…
Nəhayət, bu yaxınlarda Ali Məhkəmədə Lənkəran Rayon İcra Hakimiyyəti
(RİH) başçısının sabiq müavini Rasilə Arifqızının barəsində olan hökmdən
dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə
baxılıb.Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan
olunub. Qərara əsasən, kassasiya protesti təmin edilməyib, aşağı
instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Hansı ki,
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə ona 4 min manat cərimə cəzası
təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi də apellyasiya protestini
təmin etməyib.
***
Əlbəttə, bu qərar qeyri-adekvat idi. Adi bir şəxsə yumruq vuranı 5-7 il
azadlıqdan məhrum edən məhkəmə kimlərinsə himayəsi sayəsində Lənkəran
RİH başçısının müavininə vur-tut 4 min manat cərimə cəzası müəyyən edir.
Aldığımız məlumata görə isə, adı çəkilən uşağın valideynləri bu
qərara etiraz edərək Prezident İlham Əliyevə müraciət yazıblar. Surəti
«Təzadlar»a göndərilən müraciətin motivləri tərəfimizdən araşdırılır.
İndi sual olunur: 27 ildir ardıcıl və fasiləsiz olaraq icra
başçısı işləyən Taleh Qaraşov ətrafını idarə edə bilmirsə, istitaqa
yalan məlumat verirsə, onun belə bir məsul vəzifədə qalması nə dərəcədə
məqsədə müvafiqdir???
Mövzuya qayıdacağıq.
«Təzadlar»ın Araşdırma Qrupu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay