Laçına köçürülən sakinlər Allahın ümidinə buraxılıb? – “Hazırda öz hesabımıza dolanırıq, iş yoxdur”

 

 

Laçına köçürülən sakinlər ərzaq təminatından və işsizlikdən şikayət edirlər

"Biz gələndə ərzaq gətirmişdik, hələ onunla dolanırıq, o da azalıb. Burda market çətinliyimiz var. Mən işləmək istəyirəm, müraciət etmişəm, deyirlər düzələr”- mayın 27-də Laçına köçürülən Könül Nəcəfova oradakı yaşayışı ilə bağlı Abzas Media-ya danışır.

İlkin mərhələdə Laçına 20 ailədən ibarət 97 nəfər köçürülüb. Onları Laçında ölkə başçısı İlham Əliyev qəbul edib.

Görüşdə prezident laçınlılara bildirib ki, onların yaşayışı üçün hər cür şərait yaradılıb:

"Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək” – deyə o, bildirib.

Ancaq Laçına köçən sakinlər heç də hər şeyin yaxşı olmadığını deyirlər.

Könül Nəcəfova bildirir ki, 7 nəfər ailə üzvü ilə birlikdə Laçına köçürülüblər. O, ərzaq təminatı ilə bağlı çətinlik yaşadıqlarını deyir:

"Gələndə elə təsəvvür eləmirdim ki, burada market olmayacaq. Deyiblər, 15 günə market açılacaq. Burda da bizi yeməklə təmin elədilər. Prezidentlə görüşdə oğluma iş istədim, sağ olsunlar, verdilər. Abadlıqla bağlı işləyir. Gəlinimin işləməsi üçün gözəllik salonu istəmişik, ona söz veriblər”.

Laçına köçənlərdən Gündüz Təhməzov da deyir ki, o, Bakıda sürücü işləyib, ancaq Laçında onun üçün iş yoxdur. Onun sözlərinə görə, əlavə dəstək olmasa, orada tələbatlarını təmin edə bilməyəcəklər:

"5 nəfərlik ailəyik. İşə ehtiyacımız var. Mən sürücüyəm, dedilər, müəssisələr açılanda iş olacaq. Hazırda öz hesabımıza dolanırıq. Zəng edirik, lazım olanları qardaşlarım Bakıdan göndərirlər. Burada xırda marketlər var, onlarda da hər şey satılmır. Mən Bakıda işləyirəm, bura müvəqqəti icazə ilə gəlmişəm. Uşaqlar da azyaşlıdır, burda da heç nə yoxdur. Təlabatlar çoxdur. Evlə bağlı bir-iki çatışmazlıqlar var. Qaz yoxdur, işıq, su var. Uşaqlar körpədir, biri 8-də oxuyur, biri 5-də, anam yaşlıdır, yoldaşım şəkər xəstəsidir. Ordan aldığım 500 manatla təlabatlar ödənmir. Bakıdan işdən da zəng edirlər ki, ya orda qal işlə, ya gəl. Mən də elə adam deyiləm hər şeyi tələb edim”.

Laçına ikinci köç bu gün, 14 iyunda baş tutub. Daha 22 ailə (72 nəfər) Laçına yola düşüb.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə zəng etsək də, zənglərimizə cavab verən olmadı.

Laçın rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Eldəniz Qasımov isə Abzas Media-ya deyib ki, orada işləri əsasən Prezidentin Xüsusi Nümayəndəliyi görür:

"Bizim Laçında fəaliyyətimiz təmin olunmayıb. Laçında işləri xüsusi nümayəndəlik görür. Bizim orada nümayəndəmiz də yoxdur. Köçürülməni Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə biz təşkil edirik. Ancaq oradakı insanların problemi üçün xüsusi nümayəndəlik var. Hələlik 40 ailə köçüb, zəruri olan hər şeylə təmin olunublar. Orada kifayət qədər iş var, 2-3 min nəfər tikintidə işləyir. Köçən ailələrdən nə qədər adam işləyir, məlumatımız yoxdur. Gələcəkdə də kifayət qədər iş yeri olacaq, səbrli olmaq lazımdır, yaxşı olacaq. Marketlər də var, bizdə olan məlumata görə gündə onlara 3 dəfə pulsuz yemək də verilir”.

Laçın 1992-ci il 18 mayda Ermənistan ordusu tərəfindən işğal olunub. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi nəticəsində işğalda olan ərazilərin əksər hissəsi azad olunub. 10 noyabrda Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli sənədə əsasən, Laçın rayonu 1 dekabrda boşaldılıb, Azərbaycana qaytarılıb.
Abzas Media


 

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər