Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir… – Latın əlifbası ilə yaza-oxuya bilməyən məmurlar, icra başçıları, xalq artistləri…

 

 
 
 
Azərbaycanda  XXI əsrdə yenidən LİKBEZ-ə ( ликвида́ция безгра́мотности у населения- əhalinin kütləvi savadsızlığının ləğv edilməsi) ehtiyac var… Neçə nəfər vəzifəli şəxs, tanınmış müğənni, biznesmen, məmur tanıyırıq  ki, bu gün latın əlifbası ilə nəinki yazmağı, hətta oxumağı bacarmır. Dəfələrlə şahidi olmuşuq ki, tanınmış müğənnilər, hətta xalq artistləri VURMA CƏDVƏLİNİ bilmir. Bu hələ harasıdır..?
Adını çəkmək istəmədiyimiz dövlət müşaviri televizorda çıxışında dəfələrlə FƏQƏRƏ əvəzinə FÜQARƏ deyir. Bu adama başa salan yoxdur ki, FƏQƏRƏ bel sütunudur, FÜQARƏ isə kasıb-kusuba deyirlər, loru dildə fağır-fuğaraya. Yaxşı, dövlət müşaviri qanmır, barı televizordakı məsul şəxs onu başa salsın də…
Dəfələrlə metropolitendə reklam mətnlərinə rast gəlirik, elə kobud səhvlər edirlər ki, adam mat-məəttəl qalır. Bunlara qandırmaq olmur ki, hər gün metropolitenə 750 mindən artıq insan minib-düşür. Və belə kobud səhvlə dolu reklam mətnləri uşağın, məktəblinin, tələbənin beyninə həkk olur. Yaxud bu gün nə qədər televiziya və radio kanalları açılıb. İlahi, bu kanalların aparıcıları görəsən, məktəbə-zada getməyib..? Bunlara orta məktəbdə dərs keçən olmayıb..? Bu qədər primitivlik, bəsitlik olmaz ee…. Bəsitlik dedim yada….
Deməli, bu yaxınlarda Naxçıvanın kəndxudası Vasif Talıbov işdən qovulandan sonra, Amerikada oturub bizlərə öyüd-nəsihət vermək istəyən, sabiq spiker Rəsul Quliyev deyir ki, Vasif Talıbov çox sadə, primitiv adam idi… Bu adam neçə ildir  ABŞ-da yaşayır, yəqin ingiliscə də pis-yaxşı öyrənib, amma… Əmması odur ki, bu yekəlikdə adam SADƏLİK-lə, PRİMİTİVLİK-in  fərqini bilmir. Belə misalları sonsuzluğa qədər uzatmaq olar. Amma nə faydası..?
Müdriklər demişkən, dənizin dadını bilmək üçün  bir damcı da kifayətdir. Məlumdur ki,  dərs ilinin başa çatması ilə bağlı məktəblərdə və digər yerlərdə şagirdlər üçün kütləvi tədbirlər keçirilir, XI sinif  məzunları məktəblə, müəllimləri ilə vidalaşır, yaxud IV sinifi bitirən şagirdlər İBTİDAİ TƏHSİLƏ vida deyirlər və s. və i.
Həmin tədbirlərin birindəki REKLAM-MƏTNLƏ rastlaşdıq. Orada yazılıb: BURAXILIŞ TƏDBİRİ ƏLVİDA İPDİDAİ SİNİF 02.06.2023 Fikir verdinizmi, qısa bir cümlədə neçə səhv var. Birincisi, cümlənin ortasında TƏDBİR sözü niyə böyük hərflə yazılmalıdır..? İkincisi, İPDİDAİ sözü nə deməkdir..? Yəqin ki, İBTİDAİ sözünü bunlara belə qandırıblar… ƏLVİDA sözündən sonra xitab gəldiyi üçün vergül ( , ) işarəsi qoyulmalıdır.
İndi gördünüzmü, təhsilimiz necə bərbad gündədir..? Bəli, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə, hətta acığına gələ bilər. Amma tam məsuliyyətlə demək olar ki, Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir, məktəblərdə, uşaq bağçalarında uşaqlara  normal  dərs keçirilmir. Bizi kimlərsə sovetlərə rəğbətdə qınaya bilər.
Amma unutmayın ki, hətta bizim qoca baba və nənələrimiz normal oxuya bilirdi. Çünki… Qocalar bizə danışırdı ki, ötən əsrin 30-cu illərində hətta 60 yaşlı insanlar da işdən sonra axşam məktəblərinə gedib yazıb-oxumaq öyrənirdilər. Məqsəd kütləvi savadsızlığı ləğv etmək idi. Bəli, nəinki şəhərlərdə, hətta ucqar kəndlərdə axşam məktəbləri açılmışdı. Nəticədə sovet hökuməti  5-10 ildə kütləvi savadsızlığa son qoydu. Hətta tarixə qısa bir ekskurs kimi deyə bilərik ki, o vaxt bu tədbirlərin adı LİKBEZ ( ликвида́ция безгра́мотности у населения- əhalinin kütləvi savadsızlığının ləğv edilməsi) idi. Yəni oxumaq, yazmaq bilməyən yaşlı əhaliyə  kütləvi təhsil vermək. Biz yazının girişində əbəs yerə yazmadıq ki, dövlət müşaviri, məmur, icra başçısı, xalq artisti latın əlifbası ilə yazıb-oxuya bilmir. Deyəsən, bizi qınamayın, Azərbaycanda XXI əsrdə yenidən LİKBEZ-ə ehtiyac yaranacaq. Əslində belə də olmalı idi. Çünki icra başçısının qızı məktəbi özəlləşdirib avtodayanacağa çevirəndə belə də olmalı idi.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər