Dövlət pul ayırır ki, elm inkişaf etsin… nazir altına YUMŞAQ MEBEL ALIR… – FAKT BUDUR!

 

 

 

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən təhsillə bağlı ayırmalar 15,939 milyon manat və yaxud 0,4 % azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilir. Bu, "2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məktəbəqədər təhsil xərclərinin dəyişdirilməyərək 404,836 milyon manat, ümumi təhsil xərclərinin dəyişdirilməyərək 2 milyard 099,098 milyon manat, peşə təhsili xərclərinin dəyişdirilməyərək 64,168 milyon manat, orta ixtisas təhsili xərclərinin dəyişdirilməyərək 86,714 milyon manat, ali təhsil xərclərinin dəyişdirilməyərək 70,606 milyon manat, əlavə təhsil xərclərinin dəyişdirilməyərək 11,84 milyon manat, təhsildə tətbiqi tədqiqat xərclərinin dəyişdirilməyərək 6,887 milyon manat saxlanılması, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin isə 15,939 milyon manat və yaxud 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub.

Ekspertlərə görə, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin boynuna yıxmaq olmaz. Dünya ölkələrində ayrı-ayrı universitetlər həm də öz gəlirləri hesabına müəyyən nailiyyətlər qazanırlar. Azərbaycanda da 6 universitetə publik hüquqi şəxs statusu verilib. Amma belə görünür ki, universitet və digər təhsil müəssisələri öz imkanları hesabına gəlir əldə edə bilmir.

Sənəddən göründüyü kimi, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub. Bu vəsaiti dövlət bəzən doğrudan da mənasız tədbirlərə, konfranslara ayrılaraq "yem edir”.

DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı "Yeni Müsavat”a dedi ki, Azərbaycanın dövlət büdcəsindən təhsilə kifayət qədər yaxşı vəsait yatırılıb: "4 milyard 400 milyona manata yaxın vəsait ayrılırdı. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyi nəzərdə tutulan xərcləri, proqramları düzgün həyata keçirə bilmir. Problemin başında dövlət qurumunun ayrılmış büdcənin plan üzrə reallaşmasını təmin etməməsi ilə bağlıdır. Bu gün Azərbaycanda qəzalı vəziyyətdə olan 800-ə yaxın məktəb var. Onların ciddi şəkildə təmirə ehtiyacı var. Bu gün Azərbaycanda beynəlxalq innovativ layihələrin həyata keçirilməsinə ehtiyac var. Tədqiqatlarımız zəifdir. Müəllimlərin əmək haqqının artırılması, sosial rifah halının yüksəldilməsi ilə bağlı addımlar atılmalıdır. Təhsilə kifayət qədər xərc tələb edən tədqiqatlar, sahələr olduğu halda bu problemlər həll edilmir. Misal üçün, uzun illərdir biz ağır çanta probleminin həlli üçün iki nüsxəli dərslik sifarişini təklif etmişdik – dərsliyin biri məktəbdə, biri evdə qalsın, uşaqlar ağır çanta daşımasınlar. Eləcə də məktəblərin stadionlarının, idman zallarının təmirinə, məktəblərə müasir kompüterlərin verilməsinə ehtiyac var. Müəllimlərin təkmilləşməsinə ehtiyac var. Amma Elm və Təhsil Nazirliyi planlaşdırılmış və proqnozlaşdırılmış büdcəni yerinə yetirmir. Bəzən belə hesab edirlər ki, həmin büdcənin geri qaytarılması yaxşıdır. Xeyir, belə deyil. Sizə xərcləmək üçün pul verilibsə, konkret bu məsələlər edilməlidir və bunu etmirlərsə, deməli layihələrin həyata keçirilməsi ilə bağlı ciddi problem var. Bu gün Azərbaycan təhsilində kadr islahatlarına ehtiyac var. Azərbaycan ali təhsilinin beynəlxalq rəqabətliliyini artırmalıyıq. Ali təhsil müəssisələrinin beynəlxalq reytinqdə olması üçün elmlər doktorları, fəlsəfə doktorlarına məqalələrin çapına, onların xarici dil öyrənməsinə və digər innovativ yeniliklərlə bağlı dəstək durmaq lazımdır. Amma bunu etmirlər. Bu gün ölkədə 1693 uşaq bağçası var, uşaqların cəmi 25 faizi uşaq bağçasına cəlb edilib. Bu, 50 faizə qaldırılmalıdır. İri bağçalar tikilməlidir. Təhsil kifayət qədər xərc tələb edir, amma biz azaldırıq. Bu gün Azərbaycanda elmin ÜDM-də faizi 1 faizin altındadır. Biz tədqiqatlarımızın heç birinin sənayeyə yönəlməsini görə bilmirik”.

Ekspert əlavə edib ki, təhsilə ayrılan vəsait azaldılmamalıdır: "Sadəcə, ona görə azalır ki, son üçü il ərzində Elm və Təhsil Nazirliyi qarşıya qoyulmuş hədəflər istiqamətində xərcləri düzgün planlaşdırmayıb. Ancaq mənasız nələrəsə, misal üçün, tez-tez saytlar, idarələr yaradırlar. ETN-in elmin inkişafına ayırdığı pul vəsaitinin məbləği ilə nazirlikdə özlərinə aldıqları yumşaq mebelin pulu ilə müqayisə etsək görərik ki, daha çox yumşaq mebellərə vəsait xərclənib. Yaxud da hansısa dost-tanışlarına qrantlar verirlər. Heç bir hesabatlıq yox, nəticəyönümlülük yox… Yəni ayrılan vəsaitin düzgün istifadəsi yoxdur. Son 3 il ərzində 6 milyon manatdan çox vəsait qrant adı altında olan layihələrə xərclənib, amma heç bir inkişaf yoxdur. Təhsilə ayrılan xərcləri artırmalıyıq ki, ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinin sayı artsın. Bu gün ali təhsil müəssisələrində plan yerləri artıb, amma ciddi keyfiyyət dəyişikliyini görmürük. Birmənalı şəkildə vəsaitin azaldılması yaxşı hal deyil. Fikrimcə, vəsaitin plan üzrə xərclənməməsini yoxlamaq lazımdır. Pulun büdcəyə qayıtması yaxşı hal deyil. Bu zaman da büdcəni hazırlayan qurum görür ki, təhsil üçün nəzərdə tutulmuş vəsait xərclənmir. Deməli, hədəflərə çatılmır deyə pul xərclənmir. Deməli, müvafiq qurum yalançı statistika ilə, məlumatlarla ictimaiyyəti aldadır”.

Məlumata görə, iqtisadçı-alim, beynəlxalq hüquq üzrə ekspert Vüsalə Əhmədova mövzu ilə bağlı "Yeni Müsavat”a dedi ki, 2019-cu ildə qəbul edilən "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq, təhsil müəssisələrinə əlavə gəlir əldə etmək məqsədilə, nizamnamələrində nəzərdə tutulan qaydada və fəaliyyət istiqamətlərinə uyğun sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmalarına icazə verilib: "Buraya əsasən ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların və şagirdlərin əl işlərinin satışı, əlavə dərnəklər və kursların təşkili və s. kimi fəaliyyət növləri daxildir. Ümumiyyətlə, dövlət və özəl təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti bilavasitə mənfəət əldə etmək məqsədi daşımasa da, dövlət təhsil müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirləri bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəltməli olduqları qanunda qeyd edilir. Düşünürəm ki, təhsil müəssisələrinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə verilən icazə, dövlət büdcəsindən təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin azaldılmasına səbəb olub. Təhsil müəssisələrimiz nə dərəcədə bu işin öhdəsindən gəlir, onu deyə bilmərəm. Ənənəvi universitetlərin əsas məqsədi ali təhsil verməkdən və elmi araşdırmalar təşkil etməkdən ibarətdir. Ancaq hazırda dünyadakı bir çox universitetlər ənənəvi universitetlərdən fərqli olaraq müasir dövrün tələblərinə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iş dünyası ilə sıx əməkdaşlıqlar qururlar. Sahibkarlıq fəaliyyətləri də yalnız gəlir əldə etmək və iqtisadi fayda təmin etməklə məhdudlaşmır. Əsas məqsəd, iqtisadi baxımdan müstəqil olmaq, muxtar olmaq, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək, iqtisadi və sosial baxımdan əlavə dəyər yaratmaqdır. Misal üçün, Türkiyədə universitetlər texnoloji inkişaf və innovasiya sahəsində aktiv rol oynayan inkubator mərkəzi, tədqiqatların ticariləşməsini təmin edən lokomativ və yeni informasiya və texnologiyaların mənbəyi kimi xarakterizə edilirlər. Universitet səviyyəsində həyata keçirilən sahibkarlıq fəaliyyəti sanki biliklərin istehsal prosesinə, məhsula və şirkətə çevrilməsini təmin edir. Türkiyənin demək olar ki, hər şəhərində, qəsəbəsində universitet mövcuddur və onlar yerli və regional iqtisadi inkişafa əhəmiyyətli dərəcədə töhfə verirlər.

Akademik sahibkarlıq sahəsində müvəffəqiyyət əldə edən universitetlər maliyyə və sosial faydanı da təmin etmiş olurlar. Sahibkar universitet modelində isə ölkədə var olan sənaye müəssisələri ilə birgə hər iki tərəf üçün də faydalı olacaq əməkdaşlıqların qurulması, texnologiyaların transferi həyata keçirilir. Sahibkar universitetlər iqtisadi inkişafı təmin etmək üçün bir növ inkubasiya mərkəzlərinə və texnoparklara çevrilirlər. Türkiyənin Sənaye Nazirliyi, Kiçik və Orta Miqyaslı Sahibkarlıq Subyektlərinə Dəstək İdarəsi, Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı, nazirliklər sahibkar universitetlərin çoxalması üçün mütəmadi maliyyə dəstəyi təmin edirlər. Göründüyü kimi, hər nə qədər prioritet missiya təhsil vermək olsa da, təhsil müəssisələri müxtəlif əməkdaşlıqlar quraraq sahibkarlıq və istehsal fəaliyyətləri ilə məşğul olması mümkündür”.

Elm və Təhsil Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.

Son xəbərlər

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində yaşayan Fizuli rayon sakini jurnalist Zamiq Quliyev'ə qarşı "JEK"-in qoçuları tərəfindən hücum olunub

Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına inşa edilmişdir

Əfv və amnistiya nə vaxt ola bilər? – Hüquq müdafiəçisi tarixi açıqladı

Gəncə Dövlət Universitetinin “qocaman” rektoru YUSİF YUSİBOVUN 4 MİLYONLUQ TENDERİ…

Mürsəl müəllim də Əlsəfa Məmmədovla bacarmır… – GÖRÜNƏNİ BUDUR…

Paşinyandan dörd kəndlə bağlı qərar: “Dərhal...”

Bu gün İlaxır çərşənbədir

Prezidentin Xankəndidəki çıxışının VİDEOSU

Səhiyyə Nazirliyindən qeyri-iş günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Ramazanda Novruz şirniyyatlarından yemək orqanizmə necə təsir edir? - VİDEO

İlham Əliyev Xankəndi ilə bağlı bir sıra faktları açıqladı

Putin Moskvada nə qədər səs toplayıb?

Bayramla bağlı bölgələrə gedən vətəndaşlara müraciət edildi

Zəngəzur Ermənistandan ayrılacaq: Pərdəarxası danışıqların sirləri açılır

Paşinyan Qazaxa gəldi: 4 kənd qaytarılır - FOTO

Paşinyandan dörd kəndlə bağlı qərar: “Dərhal...”

Hərbçilərə yeni mənzillər verilib

Fazil Mustafaya sui-qəsd işi üzrə hadisə şahidi danışdı

Nüvə müharibəsinin qarşısı belə alınacaq: Rusiya bu ölkələrdə hakimiyyəti devirəcək və...

Valideyn məsuliyyətsizliyinin cəzası: Bu uşaqlar dövlətin himayəsinə veriləcək

Qarabağ ermənilərinin Ermənistandan kütləvi köçü: Paşinyan niyə məmnundur?

Minimum əməkhaqı 345 manata çatdırılıb

Sabah 18 dərəcə isti olacaq

Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Növbəti köç karvanı Füzuliyə yola salınıb

Azərbaycanlı tank batalyonu komandiri Ukraynada HƏLAK OLDU

Putin kosmosda nüvə obyektinin tikintisi ilə bağlı TAPŞIRIQ VERDİ

Yuxusuzluğa hansı qidalar səbəb olur? - "Ən geci 2-3 saat əvvəl..."

Erməni qoşunları bu ərazidən çıxarılır - Bakı yollara və qaz kəmərinə nəzarət edəcək

Qəfil ölüm riski: Enerji həvəskarları təhlükə altındadır

Regional idarənin müavini və təhsil şöbəsinin müdiri qəzaya düşdü: biri komadadır

NAZİRLİK ƏLİLLƏRİN SAYINI NECƏ AZALDIR? – “Ən ciddi problemlər “Forma 88” adlanan tibbi göndərişlə bağlıdır” (Araşdırma)

Bütün xəbərlər