Vüqar Qurbanovun vüqarı Zaqatala Xəstəxanasında necə qorunur?

 

 

 

Tamara Nurəliyevanın TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən heç bir il keçməyib. O, bu vəzifəyə ötən ilin avqustunda təyin olunub. Sentyabr ayında isə TƏBİB Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

 

Əvvəlki direktor Məcid Əliyevdən sonra elektron media resurslarında Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan məlumatlar onu göstərir ki, sözügedən səhiyyə ocağında heç bir yenilik baş verməyib, rüşvətxorluq elə əvvəlki qaydada da tüğyan edir. Yəni yeni direktor Tamara Nurəliyeva da əvvəlki direktor Məcid Əliyev kimi Vüqar Qurbanova arxalanıb istədiklərini edir.

 

Elə rayon sakinlərinin mətbuata etdikləri şikayətdə də bundan bəhs edilir. Sitat: Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş direktor Tamara Nurəliyeva və kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadın əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər.

Mənbə bildirir ki, Gülnarə hətta elə azğınlaşıb ki, qohumlarından belə 5-6 min manat civarında rüşvət alaraq güya onları xəstəxanada işlə təmin edəcəkdir. Zaqatalanın CarKebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Kadrlar şöbəsinin müdiri Gülnarə bölgəyə virus kimi kök salaraq hər yerə yayılmışdır. Hətta qızını belə Balakən rayon Mərkəzi Xəstəxanasına min hoqqa çıxardaraq işə düzəltmişdir ki, o da orada rüşvət burulğanı yaratsın. Atalar məsəli var – "ana gəzən ağacı, qızı budaq-budaq gəzər”. Şikayətdə bildirilir ki, xəstəxananın "şillə vuran”ı var, Emin adlı şəxsin hətta ləqəbi də varmış (ləqəbi balkon).

 

Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara video kameraları quraşdırıb. Tamara Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxslə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında bir başa əsas rollardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.

 

Bu şikayət Tamara Nurəliyevanın Zaqatala rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən qısa vaxt sonra yayılanlardan biridir. Eyni şikayətlər bir il bundan əvvəl də olunmuşdu. Rayon xəstəxananın direktoru dəyişsə də şikayətlərin motivi dəyişməyib. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətdə sözügedən səhiyyə ocağında əxlaqsızlığın baş alıb getdiyi, rüşvətxorluğun baş alıb getdiyi bildirilirdi. Bunun da başında elə onda da, indi də kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın dayandığını yazırlar. Bəs kimdi Gülnarə Ömərova?

Aktualinfo.org-un əldə etdiyi məlimatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovu ya yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər.

 

Bu isti münasibətlərin nəticəsi olaraq hazırda Gülnarə Ömərova Zaqatalada oturub ətraf rayonlarda da səhiyyə ocaqlarına rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Hətta xəstəxananın yeni direktoru Tamara Nurəliyevanın da kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın əli ilə təyinat aldığı söylənilir. Bir sözlə,  Gülnarə Ömərova TƏBİB-in icraçı direktoru tərəfindən ona verilmiş qeyri rəsmi səlahiyyətlərdən geninə-boluna istifadə edir. Hətta təkcə Zaqatala rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinə müdirlik etmədiyini, onun həm də bəzi xanım kadrlara rəhbərlik etdiyi söylənilir.

Bəs görəsən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun Zaqatalanın Mərkəzi Xəstəxanasında baş verən rüşvət və korrupsiya halları qalsın bir yana, bir sıra xoşagəlməz hallardan, bölgədə yayılan video sujetlərdən xəbəri varmı?  Qohum kimi, dost kimi etimad etdiyi Gülnarə Ömərovanın əməllərinin icraçı direktorun vüqarına xələl gətirmədiyindən də həmçinin.

Son xəbərlər

Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb - FOTO

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir - FOTO

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Qarabağ”dan ilk transfer: Fransızı heyətinə qatdı

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalarla bağlı şərtlər dəyişdi - QƏRAR

Baş nazirdən dövlət xidmətinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR

Emin Əmrullayev valideynlərə çağırış edib

Ailələrə sevinc bəxş edən şəfalı əllər sahibi həkim mama-ginekoloqu Şəhla həkim

Məktəblərdə açılan “bazar”: – “Direktorlar otaqları müəllimlərə satır”

25 nəfəri aldadıb 70 min manat ƏLƏ KEÇİRDİ… – Özü də ƏLƏ KEÇDİ

Gəncədə səhiyyə sistemi “CANINI TAPŞIRIB”… – Beləsinə CAN TAPŞIRMAQ OLAR?

Hər məhkumdan 10-15 min manat rüşvət alınıb… – Pul verə bilməyən şəhid qardaşı komissiyadan keçə bilməyib…

Dövlət pul ayırır ki, elm inkişaf etsin… nazir altına YUMŞAQ MEBEL ALIR… – FAKT BUDUR!

Bütün Ermənistan İlham Əliyevdən amnistiya diləyəcək - Erməni ekspertdən şok etiraf

Xankəndiyə edilən zənglər: “Azərbaycan kəşfiyyatı gəlir” qorxusu başladı

Yataqxanada olan ailələri məcburi köçürürlər? - VİDEO

Paşinyan AÇIQLADI: "Razılıq verildi ki, bu xəritələr ilə..."

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycanda adam öldürüb və pul verib dəlilik kağızı almaq olar?… – Cənnət və cəhənnəm söhbəti….

Astara xəstəxanasında xəstələrin uzun növbəsi: – “Dərman çatışmazlığı var”

Ağdamda və Göyçayda nə baş verir? – Xəsarət alan var

Balakəndə avtovağzalın direktoru iki xanım kassiri “gözümçıxdıya salıb”- SƏBƏB?

Bakıda bu küçələrdə evlər söküləcək - Sakinlərə yeni mənzillər, kirayə pulu veriləcək

Separatçılar Əliyevin son təklifindən imtina etdi - Ordumuz Xankəndiyə girir

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Şarl Mişel: “Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik”

Azərbaycan ordusunun antiterror əməliyyatı: Başlamağı ilə bitməyi bir olacaq

Siyəzən icra hakimiyyətinin HÜQUQ ANLAYIŞI BUDURMU? - Bir araşdıran olsa...

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Bütün xəbərlər