Şuşa fatehi: “Düşmən üç dəfə şəhərə hücuma cəhd etsə də, qarşısını aldıq”
"Şuşanın işğaldan azad olunması üçün üç briqada cəlb olunmuşdu. Bizim hərbi əməliyyatlarımız nəticəsində düşmən geri çəkilməyə məcbur oldu. Onlar sonradan şəhərə üç dəfə hücuma cəhd etsələr də, bunun qarşısını aldıq”.

Bu fikirləri İkinci Qarabağ müharibəsinin qazisi, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin zabiti Ərşad Təhməzov Türkiyənin "Haber7” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Şuşada zəfəri qeyd etmək sözlə ifadə olunmayacaq hissdir:

"İnanıram ki, biz burada əbədi qalacağıq. Bayrağımız hər zaman Şuşada dalğalanacaq. 30 ildən sonra Şuşada namaz qılmaq hər insana qismət olmur. Biz sevincdən ağlayırdıq, çünki Şuşada inanılmazı bacardıq”.

Azərbaycanlı zabit qeyd edib ki, Şuşa ermənilərə məxsus olsaydı, şəhəri dağıtmazdılar:

"Onlar vandallıq törədiblər. Buradakı məscidlər də Şuşanın türk torpağı olduğunu göstərir. Burada 17 məscid olub. Amma onlardan 16-sı dağıdılıb”.

Ə.Təhməzov vurğulayıb ki, Xüsusi Təyinatlı Qüvvələr Cıdır düzündəki sərt qayalıqlarla şəhərə üç istiqamətdən daxil olublar:

"Əlbəttə, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA) bizə çox kömək edib. Bu texnikalar itkilərimizin az olmasına və kəşfiyyat məlumatlarının əldə edilməsinə yardım göstərib. Bizə 44 günlük Vətən müharibəsi dövründə ən böyük dəstəyi məhz Türkiyə verib. Tanrı türkü qorusun. Biz ömür boyu azadlıq uğrunda mübarizə aparmış, heç bir imperialistə tabe olmamışıq. 2020-ci ildə baş vermiş 44 günlük müharibə həm də dünyaya türkün gücünü göstərib”.

Qeyd edək ki, Vətən müharibəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edib. 44 günlük döyüşlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib.

Son xəbərlər

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək

Türkiyənin XİN başçısının müavini BMT-də: “Qarabağ Azərbaycan ərazisidir”

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”

Antiterror tədbirlərinə insanların reaksiyası: “Bizə zəfər yaraşır” - VİDEO

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO

“L'Opinion”: “Azərbaycan 24 saatdan az müddətdə regiondakı vəziyyəti dəyişdi”

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Bütün xəbərlər