İrəvanda bayrağımızın yandırılması göstərişini Paşinyan verib - ŞOK DETALLAR


İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması aktında sifarişçisinin kim olması sualı açıq olaraq qalır. Dünyanın gözü qarşısında baş verən bu vandalizm Ermənistanın gerçək üzünü ortaya çıxardığı üçün bayrağın yandırılması İrəvana qarşı "təxribat” kimi də görünə bilər, hərçənd, müəyyən məqamlar diqqəti birbaşa Paşinyan hakimiyyətinin üzərinə yönəldir.

Publika.az xəbər verir ki, erməni şərhçi Romella Mnasakanyan sifarişçinin birbaşa Paşinyanın özü olduğu versiyasını irəli sürüb.

"Mən getdikdə əmn oluram ki, biz düşünülmüş təxribatın şahidi olduq. Dizayner Aram Nikolyana müxtəlif adlar qoyula bilər, lakin o, qətiyyət axmaq deyil. O, Paşinyana və Anna Akopyana yaxın, ona deyilənləri yerinə yetirən personajdır. Məsələni anlamağa imkan verəcək sual "bu, kimə sərf edir?” formasında önə çıxır. Mənim qənaətimə görə, bundan ən çox Nikol Paşinyanın faydalandığı şübhəsizdir. Məqsəd ictimai müzakirəni tamamilə başqa istiqamətə yönəltmək, cəmiyyətin diqqətini problemlərdən yayındırmaqdır”, - erməni şərhçi qeyd edir.

Onun iddiasına görə, Dığ (Tex) kəndində baş verən son hadisədən sonra Azərbaycanın istədiyini aldığı və alacağı həqiqəti bir daha ortaya çıxdı.

"Moskva da artıq Bakı ilə razılaşıb, İrəvan isə burada göstərişləri icra edən tərəfdir. Artıq Avropa İttifaqının regiona üzrə xüsusi nümayəndəsi Toivo Klaar anklavlardan (Qazaxın işğal altındakı kəndləri) danışır, Ermənistan hakimiyyəti bunu müzakirə etmədiyini desə də, reallıq Bakının nə dediyindədir. Bütün bunların fonunda Paşinyan cəmiyyətin diqqətini və aqressiyasını "bayraq yandırılması” məsələsinə yönəldir. Bu addıma görə Azərbaycanın və Avropa Ağır Atletika Federasiyasının reaksiyası Ermənistanın ziyanına olsa belə, onları düşündürən ölkənin reputasiyası deyil” – Mnasakanyan iddia edib.

Bayrağımıza qarşı törədilən vandalizm aktının real səbəbləri ilə erməni şərhçinin iddia etdiyi səbəblər arasında fərqliliklər ola bilər, lakin detallar bu aktın Paşinyanın göstərişi ilə edildiyi ehtimalını gücləndirir.

1. Bayrağımızı yandıran dizayner Aram Nikolyan çempionatın təşkilatçıları arasında yer alıb: təsadüfi şəxs deyildi;
2. Azərbaycan bayrağı da daxil olmaqla açılış mərasimində iştirak edən bayraqdarların libasını hazırlayan şəxsdir: əgər məsələ sırf şəxsi yanaşma çərçivəsində olsaydı, dizayner əvvəldən bayrağımızın olduğu libası tikməkdən imtina edərdi;
3. Paşinyanın həyat yoldaşı Anna Akopyanla şəxsən görüşüb və ailəyə yaxınlığı ilə seçilir;
4. Vandalizm aktı Paşinyan da daxil olmaqla Ermənistanın rəhbərliyinin gözü önündə baş verdi;

Bu məqamlar göstərişin Ermənistan hakimiyyəti tərəfindən gəldiyi versiyasını gücləndirir. Ermənistan hakimiyyəti bununla Azərbaycandan məğlubiyyətin qisasını almaq kimi gülünc və qorxaq gedişlər edir. Eyni zamanda, burada məsələnin idman tərəfi də var: Azərbaycan atletlərinin İrəvanda qələbə qazanmasını istəməyən ermənilər bu vandalizm aktı ilə komandamızın oyundan çıxmasına zəmin yaratdılar;

Bütün versiyalar və izlər Paşinyanı göstərir...

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər