Gündəm / İdman
14.04.2023, 11:15
Qadınlardan ibarət komandamız erməniləri məğlub edib birinci oldu
Azərbaycanda ilk qadın kiberidman komandası yaradılıb.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə "East Legends” (Şərq əfsanələri) adlı qadınlardan ibarət "Counter Strike: Global Offensive” (CS:GO) kiberidman disiplini üzrə komandanın təşkil olunduğu haqqında məlumat yayılıb.
Rəsmi "Instagram” səhifəsində qeyd edilir ki, "East Legends” komandası artıq nüfuzlu təşkilat olan "FastCup”ın 8 aprel tarixində keçirdiyi "Sakura Female Cup” turnirinin qalibi olub.
Qələbəyə aparan yolda "Əfsanələr” İrəvanda yerləşən kiberidman təşkilatı "Virtus Pro”nun qadın yığmasını 19:16 hesabı ilə məğlubiyyətə uğradıb.
Ölkəmizin kiberidman tarixində nəinki "CS:GO” üzrə, ümumiyyətlə, ilk qadın yığması olan "East Legends” yetərincə cavan komanda olmasına baxmayaraq, iştirak etdiyi ilk turnirdə 22 komanda arasında birinci yerə layiq görülüb
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay