Azərbaycan millisinin biabırçı çıxışı: Avropanın ən zəiflərindən oldular


19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsindəki çıxışını başa vurub.

Oxu.Az xəbər verir ki, yığma tsikli bərbad nəticə ilə başa vurub. 5-ci qrupda yer alan milli hər üç oyunda uduzub. Komanda öncə Fransaya 0:5 yenilib. İkinci oyunda Bosniya və Herseqovinaya 1:4 hesabı ilə məğlub olan milli son qarşılaşmada daha acınacaqlı nəticə ilə üzləşib. Yunanıstanla görüş rəqibin 3:11 hesablı qələbəsi ilə başa çatıb.

Yekunda milli qrup mərhələsini xalsız, sonuncu yerdə bitirib. 4 qol vuran komanda öz qapısında bundan 5 dəfə çox - 20 top görüb. Top fərqi -16 olub.

Bu, seçmə mərhələnin ən zəif göstəricilərindən biridir. Yığma qrup sonuncuları arasında yalnız Moldova, Monteneqro və Slovakiyadan daha yaxşı nəticəyə nail olub. Həmin komandalar da tsikli xalsız başa vurub, ancaq onlarda top fərqi daha pis olub.

Seçmə mərhələdə iştirak edən yığmaların xəyali turnir cədvəli tərtib olunsa, milli 28 kollektiv arasında 25-ci yeri tutar.

Azərbaycan azarkeşi futbolda bərbad nəticələrə çoxdan öyrəşib. "Zal futbolu”nda isə yığma komandalar və "Araz Naxçıvan” nümunəsində pozitiv nəticələr az olmayıb. Üstəlik, futzalçıların "böyük qardaşları” - minifutbolçular son Avropa çempionatının qalibləridir. Qısası, U-19 yığmasının bu nəticəsi heç bir məntiqə sığmır. Elə komandanı oyunlara çıxaran İlqar Aslanov (o, əslində U-17 millisinin baş məşqçisidir. U-19-un çalışdırıcısı Ağatahir Əzimovun səhhətindəki problemlərə görə komandanın "sükan”ı müvəqqəti olaraq Aslanova həvalə edilmişdi - red.) da Yunanıstan məğlubiyyətindən sonra "deməyə söz tapmadığını” bildirib.

U-19-un biabırçı çıxışı əsas millinin nəticələrini də şübhə altına salır. Məsələ burasındadır ki, onsuz da yığma heyətdəki braziliyalı oyunçuların çoxluğuna görə daim tənqid hədəfində olub. Bu nəticələr göstərir ki, həqiqətən, milliləşdirilmiş "sambaçılar” olmasa, elə əsas komanda da hər hansı uğur qazana bilməzdi. Bu uşaqlar yaxın gələcəkdə əsas millinin formasını geyinməlidirlər. Cari nəticələr nə yaxın, nə də uzaq gələcəyə ümid verir.

AFFA İcraiyyə Komitəsinin 7 martda keçirilən iclasında Futzal Federasiyasının prezidenti Zaur Axundov da hesabat verməli idi. Ancaq o, səhhətindəki problemlərə görə iclasa qatılmadığından bu da təxirə düşmüş və növbəti toplantıya qalmışdı. Son nəticələrin ardınca gələn iclasda isə Axundovdan soruşulacaq məsələ daha çoxdur.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər