Nazir müavini: “Bakıda əhalinin orta sıxlığı ölkə üzrə göstəricidən 9 dəfə çoxdur”


"Azərbaycanda əhalinin orta sıxlığı hər kvadratkilometrdə təqribən 92 nəfər, Bakı şəhəri aqlomerasiyasında 840 nəfər/kv.km, Abşeron iqtisadi rayonu üzrə 400 nəfər/kv.km təşkil edir”.

Bunu "Report”a müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov paytaxtda və ətraf ərazilərdə tıxacların artmasının səbəbini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, nəqliyyat sisteminin tənzimlənməsi üçün kompleks tədbirlər görülməlidir:

"İqtisadi aktivliyin, həmçinin əhalinin nəqliyyat ehtiyaclarının artması bütün dünyada, xüsusən iri şəhərlərdə və iqtisadi mərkəzlərdə tıxac probleminin yaranmasına səbəb olur. Bakı paytaxt olmaqla yanaşı, ölkəmizin həm iqtisadi, həm təhsil mərkəzidir”.

R.Hümmətov vurğulayıb ki, bu səbəbdən şəhər ərazisində və şəhərin giriş-çıxış yollarında ilbəil artan sıxlıq müşahidə olunur:

"Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında yaşayan əhalinin sıxlığı və onların mobilliyinin təmin edilməsi nəzərə alınaraq, inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var. İctimai nəqliyyatın tənzimlənməsi üçün elə bir dayanıqlı model qurulmalıdır ki, həm sərnişinlərin tələbatı ödənilsin, həm daşıyıcıların maraqları qorunsun, həm də göstərilən xidmətlərin keyfiyyəti və qiyməti əhali üçün uyğun olsun.

Biz sahəvi nazirlik olaraq konseptual yanaşmanın tərəfdarıyıq. Hazırda qeyd etdiyiniz məsələnin həlli ilə bağlı aparıcı beynəlxalq konsaltinq şirkətləri cəlb olunmaqla ictimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanır. Modelin məqsədi ictimai nəqliyyatda əlçatanlığın artırılması, şəhərin daxilində mobillik sürətinin artırılması, tıxacların aradan qaldırılması və atmosferə atılan tullantıların azaldılmasıdır. Model çərçivəsində Bakının "rəqəmsal əkizi” yaradılacaq ki, bu da qərarların elmi-praktiki əsaslandırılmasını təmin edəcək.

Onu da qeyd etməliyəm ki, modeldə ictimai nəqliyyat, o cümlədən dəmiryolu, metro, taksi, fərdi nəqliyyat vasitələri, eləcə də kiçik təkərli nəqliyyat vasitələri olan velosiped, skuter və samokatlar da nəzərə alınacaq. Eyni zamanda nəqliyyat məsələlərinin həlli istiqamətində görülən işlərə paralel olaraq, Bakı şəhərinin piyada yönümlü şəhərə çevrilməsi, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması məqsəd kimi qoyulub”.

Nazir müavini hesab edir ki, görülən işlər ekoloji tarazlığın bərpa edilməsinə də xidmət etmiş olacaq:

"Avtonəqliyyat vasitələrinin hərəkət sürəti azaldıqda СО2 tullantısının miqdarı artır, yol hərəkətinin optimallaşdırılması tədbirləri nəticəsində tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin hərəkət sürətinin artırılması, bütövlükdə zərərli tullantıların azalmasına səbəb olur.

Qeyd etmək vacibdir ki, biz bu layihənin müsbət nəticələrinin qarşıdakı dövrdə ardıcıl olaraq şahidi olacağıq”.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər