Oruc tutanların nəzərinə: Bu qidalardan uzaq durun ki, başınız ağrımasın


Ramazan ayında oruc tutanlar yüngül və ya şiddətli baş ağrıları yaşaya bilərlər. Baş ağrısına həm uzun müddət davam edən aclıq nəticəsində qanda şəkər səviyyəsinin aşağı düşməsi, həm də bəzi qidalar səbəb ola bilər.

Publika.az xəbər verir ki, mütəxəssislər oruc tutanlara qidalanmaya xüsusi fikir verməyi tövsiyə edib. Yuxu rejiminin pozulması və uzun müddətli oruc tutmaq miqren xəstələrində mövcud baş ağrılarını gücləndirə, həmçinin heç bir problemi olmayan insanlarda da görünə bilər. Mütəxəssislərin sözlərinə görə, baş ağrılarının 20 faizi yemək və içkidən qaynaqlanır.

Hansı qidalar və içkilər baş ağrısına səbəb olur?

Baş ağrısına səbəb olan qidaları müəyyənləşdirmək üçün xəstəliyin təkrarlandığı günlərdə qəbul edilən qida və içkiləri izləmək məsləhət görülür. Əgər tez-tez yediyiniz qidadan 20 dəqiqə ilə 2 saat sonra davamlı baş ağrınız varsa, bu, o qidaya qarşı həssas olduğunuz anlamına gəlir.

Baş ağrısının səbəblərindən biri kimyəvi tərkibli yarımfabrikatlardır. Kimyəvi maddələrə nitratlar/nitridlər, feniletilamin, sulfitlər, taninlər, tiramin, salisilatlar, aspartat, rəfinə edilmiş şəkər, kofein, qlüten, qlutamat və kapsaisin daxildir. Bunlar baş ağrılarına səbəb ola bilər.

Şokolad miqreni şiddətləndirir

Amerika Miqren Fondunun araşdırmasının nəticələrinə görə, şokolad miqreni "alovlandıran" qidalardan biridir. Miqrenlə mübarizə aparan insanların təxminən 22 faizi şokoladın hücumları tətiklədiyini təsdiqləyib. Şokolad həm kofein, həm də beta-feniletilamin ehtiva edir ki, bu da bəzi insanlarda baş ağrılarına səbəb ola bilər.

Çin duzunun neqativ təsirləri

Çin duzu gündəlik istifadə etdiyimiz bir çox qidanın tərkibində var. O miqren və baş ağrısı problemini artırır. Miqren xəstələrinin 10-15 faizi Çin duzunun ağır hücumlara səbəb ola biləcəyini bildirir.

Qəhvə də baş ağrısına səbəb olur

Kofeinli içkilər, o cümlədən qəhvə, çay və kola baş ağrısını artıran içkilər arasındadır. Mütəxəssislərin sözlərinə görə, az miqdarda kofein miqren simptomlarına müsbət təsir göstərir, lakin miqdarı düzgün tənzimlənmədikdə, bir müddət sonra baş ağrılarına səbəb olur.

Soya sosu

Yeməklərə fərqli ləzzət qatan soya sousu tərkibindəki monosodium qlutamat (MSG) və yüksək miqdarda duz şiddətli başağrısına səbəb olur.

Yarımfabrikat ət məhsulları

Kolbasa, sosiska kimi yarımfabrikatlar həm ləzzət verən, həm də rəngi qoruyan nitrat ehtiva edir. Bu qidalar qana azot oksidi buraxa bilər.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər