Naxçıvanda həkimlər etiraz aksiyası keçiriblər
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimləri etiraz aksiyası keçiriblər.

APA xəbər verir ki, etiraza səbəb həkimlərə nəzərdə tutulan sığorta ödənişlərinin verilməməsi olub. Nəticədə onlar xəstə qəbulunu dayandırıblar. Həkimlər APA-ya bildiriblər ki, son iki-üç ayda Diaqnostika Müalicə Mərkəzinin həkimləri 600 min manat dəyərində sığortalı xəstə qəbul ediblər. Lakin onlara icbari tibbi sığorta haqqında qanunla nəzərdə tutulan əlavə ödənişlər verilməyib.

Belə olacağı təqdirdə, həkimlər aksiyalarını növbəti günlərdə də davam etdirəcəklərini bildiriblər.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimov APA-ya bildirib ki, muxtar respublikada bütün səhiyyə ocaqlarına sığorta ödənişləri xidmətlər zərfinə uyğun olaraq hər ay tam şəkildə ödənilib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev APA-ya etirazın olduğunu təsdiq edib:

"Bəli, dünən həkimlərin bəziləri bu məsələ ilə bağlı etiraz ediblər. Onlarla artıq görüş keçirmişik. Diaqnostika Mərkəzi yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılır. Bununla əlaqədar olaraq orada təhvil-təslim işləri gedir. Bu məsələlər həll olunduqdan sonra həkimlərə qanuna uyğun olaraq əlavə ödənişlərin verilməsi təmin ediləcək”.

Son xəbərlər

Kəsilən ağaclara cənab Muxtar Babayev vicdanı qarşısında necə göz yumur?

Ucarda 27 ton ot bağlaması yanıb

101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

Britaniya Ukraynaya tərkibində uran olan mərmilər verəcək

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

Yazda Kür çayının suyu artacaq? - AÇIQLAMA + VİDEO

Şəmkir sakini kabab manqalında yandı

İran Təbrizdəki aviabazanı tam hazırlıq vəziyyətinə GƏTİRDİ

Ermənistan mülki nəqliyyat vasitələri ilə silah daşıyır - VİDEO

Bakıda minik avtomobili yanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Polşanın Fransadakı səfiri: “Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Rusiyanın indi bu silahları var, amma...

Kardioloq kardionevroz və infarkt arasındakı FƏRQİ AÇIQLADI

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: Etirazçılar tələblərini irəli sürürlər

Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf ediblər

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Bakıda mağazada kütləvi zəhərlənmə olub

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Bu gündən Şuşaya turist səfərləri başlayır

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər

NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

Ermənistan Qarabağda müharibəyə hazırlaşır - VİDEO

Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?

XİN rəsmisi İƏT-ə üzv olan ölkə nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb

İranın Azərbaycanla bağlı üç ssenarisi - VİDEO

Messi “Barselona”ya qayıtmaq istəyir

Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni

Rusiyada hərbi komissarlıq: “Səfərbərlik tamamlanmayıb”

Bütün xəbərlər