DİN rəsmisi yeniyetmənin qətli məsələsindən DANIŞDI: “Polisi günahlandırmaq çıxış yolu deyil”
"Daxili işlər orqanları yetkinlik yaşına çatmayanlarla bağlı profilaktiki və maarifləndirici tədbirləri daim diqqət mərkəzində saxlayır. Lakin buna baxmayaraq, bəzən baş verən cinayət hadisələrinin tərəfləri araşdırılanda məlum olur ki, onlar hadisəyə qədər normal həyat tərzi keçirən, hətta savadlı şəxslər olublar”.

Bu fikirləri AzTV-nin efirində yayımlanan "Çıxışa doğru” proqramında qonaq olan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib.

Bir neçə gün öncə Xəzər rayonu Şağan qəsəbəsində "Şağan Olimpiya İdman Kompleksi”ndə XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun qətlə yetirilməsi faktına münasibət bildirən polis baş leytenantı deyib ki, bu kimi hadisələr baş verəndə polisi günahlandırmaq, hadisənin qarşısını almadığını demək problemin həlli yolu deyil:

"Bu tip hadisələrdən heç kim sığortalanmayıb. Lakin bu kimi halların qarşısının alınması üçün ailələr, həmin uşaqların ətrafındakı şəxslərlə profilaktik söhbətlər aparılmalı, effektiv işlər görülməlidir. Bəzi hallar da deyirlər ki, o an müdaxilə edilə bilərdi lakin düşünmək lazımdır ki, müdaxilə edən şəxslər də zərər görə bilərdi. Hazırda bu cinayət hadisəsi ilə bağlı araşdırma davam edir. Lakin biz "necə etmək lazımdır ki, bu cür hadisələr baş verməsin?” sualına cavab axtarırıq”.

N.Əliyev qeyd edib ki, sosial şəbəkələrdə hər kəs birinci olmağa çalışır:

"Yetkinlik yaşına çatmayanlar sosial şəbəkədə reytinq, tanınmaq xətrinə elə videolar çəkib yerləşdirirlər ki, təəccüb edirik. Həmin şəxslər valideynləri ilə birlikdə polis idarəsinə dəvət olunurlar və onların etdikləri hərəkətin yanlış olduğu izah olunur. Bu kimi tədbirlər valideyn, müəllim, polis tərəfindən kompleks şəkildə həyata keçirilməlidir.

Bir hadisə olmuşdu, sosial şəbəkədə qurudulmuş bitki marixuana adı altında paylaşılmışdı. Araşdırma aparıldı və bilindi ki, o bitki şüyüd toxumudur. Həmin şəxs valideyni ilə birgə dəvət edildi və ona yanlış məlumatın cəmiyyətdə yaratdığı ajiotaj izah edildi. Qaydalara qalsa, yetkinlik yaşına çatmayan şəxslər sosial şəbəkə istifadəçisi olmamalıdır. Amma bu qaydalara riayət edilirmi? Təəssüf ki, xeyir”.

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

Bütün xəbərlər