Gündəm
21.11.2022, 12:27
Paytaxtda ana azyaşlı uşağı ilə birlikdə itkin düşdü
Bakıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.
"Report” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.
İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay