AMEA: Qarabağ və ətraf ərazilərdə radiaktiv maddələr və təhlükəli şüalanmalar var



AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) "Şuşa ili”nə həsr olunmuş "İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransının açılış mərasimində giriş nitqi ilə çıxış edib.

APA xəbər verir ki, o, əvvəlcə AMEA rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb. Dövlət başçısı tərəfindən 2022-ci ilin "Şuşa İli” elan edildiyini xatırladan akademik Rasim Əliquliyev bu tədbirin məhz belə bir əlamətdar il çərçivəsində keçirilməsinin xüsusi məna kəsb etdiyini söyləyib. Qeyd edib ki, respublika və dünya ictimaiyyətinin diqqətinin Qarabağ və ətraf ərazilərdə olan problemlərə cəlb edilməsi bu tədbirin əsas hədəflərindəndir.

Alim "Şuşa İli” çərçivəsində AMEA-da humanitar, sosial, dəqiq elmlər, o cümlədən radiasiya və digər istiqamətlər üzrə tədbirlər planının hazırlandığını, FRTEB-in iclaslarında ayrı-ayrı həmkarlar tərəfindən elmi məruzələrin edildiyini, əldə olunmuş nailiyyətlərin Qarabağın yenidən qurulması və bərpası, həmin ərzilərdə yüksək həyat şəraitinin yaradılması kimi problemlərin həllinə yönəldiyini bildirib. O, "İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda keçirilən respublika elmi-texniki konfransının bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu vahid amal uğrunda birləşərək torpaqlarımızı düşməndən azad etmiş, dövlətimizin ərazi bütövlüyünü təmin etmişlər”, – deyən vitse-prezident bu tarixi qələbənin işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan problemlərin həlli istiqamətində Azərbaycan alim və ziyalılarının qarşısına mühüm vəzifələr qoyduğunu vurğulayıb.

Qarabağ və ətraf ərazilərdə radiaktiv maddələr və təhlükəli şüalanmaların olduğunu söyləyən akademik Rasim Əliquliyev əlavə edib ki, radiasiya sahəsində fəaliyyət göstərən alim və mütəxəsislər tərəfindən gizli, ilk baxışdan nəzərə çarpmayan risklərin aşkarlanması, radiasiya təhlükəsizliyinin monitorinqinin aparılması, xəritələrin qurulması, müasir texnologiyaların köməyilə obyektiv reallığın ortaya qoyulması ölkəmizin radiasiya təhlükəsizliyinin tərkib hissəsi kimi əsas vəzifələrdəndir.

Alim Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının uzun illər ərzində nəzəri tədqiqatlarla məşğul olduqlarını və bu sahədə mühüm nailiyyətlər əldə etdiklərini diqqətə çatdırıb. Həmçinin bu müəssisənin ölkəmizdə radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində əsas elmi qurum kimi Azərbaycanın nüvə və enerji təhlükəsziliyi, "yaşıl” enerji, "yaşıl” cəmiyyət və digər istiqamətlərdə əhəmiyyətli tədqiqatlar apardığını bildirib.

Rasim Əliquliyev xatırladıb ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı "yaşıl” enerji, "yaşıl” cəmiyyət, "yaşıl” iqtisadiyyat, enerji və radiasiya təhlükəsziliyi məsələlərini həm ölkə, həm də beynəlxalq səviyyədə aktuallaşdırıb. Eyni zamanda, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ölkəmizdə "yaşıl” enerji istehsalının genişləndirilməsi məsələsinə geniş yer ayrılıbr.

Vitse-prezident vurğulayıb ki, dövlət başçısı tərəfindən Azərbaycanda yüksək texnologiyalara əsaslanan cəmiyyətin formalaşması, IV Sənaye inqilabının təsiri ilə ölkədə müxtəlif fəaliyyət sferalarında süni intellekt texnologiyalarının tətbiq olunması, yeni texnoloji reallıqların meydana gəlməsi, nəticə etibarilə, dövlətin və xalqın milli təhlükəsizliyinin təmin olunması məsələsini əsas məqsəd kimi qarşıya qoyub.

"Cənab İlham Əliyevin çağırışlarını, dünyada gedən prosesləri, eləcə də, Qarabağ müharibəsində əldə olunmuş qələbədən sonra yaranmış ruh yüksəkliyini nəzərə alaraq, hər kəs öz potensialını ölkəmizin inkişafına yönəltməlidir”, - deyən akademik Rasim Əliquliyev müvafiq şəxləri qarşıya qoyulan tapşırıqların icrasında fəallıq nümayiş etdirməyə çağırıb.

O, Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm islahatların aparıldığını, eyni zamanda, AMEA-nın qarşısına konkret vəzifələrin qoyulduğunu xatırladıb. Qeyd edib ki, Akademiya ilə Elm və Təhsil Nazirliyinin birgə fəaliyyəti elmin qarşısında duran vəzifələrin yeni tələblərə uyğunlaşdırılması üçün böyük imkanlar açacaq.

AMEA-nın vitse-prezidenti çıxışının sonunda bu konfransın ölkənin milli intellektual təhlükəsizliyinin təmin olunması və xaricdən asılılığın azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər