Azərbaycan Prezidenti İlham Əliyev mədən faciəsi ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan
Prezidenti İlham Əliyev Bartın vilayətindəki mədəndə baş vermiş faciə
ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu
göndərib. Məktubda deyilir: "Bartın vilayətindəki mədəndə baş
vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət
alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi
bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə
xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verir, yaralananlara şəfa diləyirəm”. Qeyd edək ki, partlayış baş verən zaman mədəndə 110 işçi olub. Son
məlumata görə, 28 nəfər həlak olub, 58 nəfər xilas edilib. Mədəndə daha
15 işçinin qaldığı ehtimal olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay