Gündəm
8.10.2022, 16:08
Gəncədə Suvarma Sistemləri İdarəsinə məxsus naqillər oğurlanıb, saxlanılan var
Gəncədə Suvarma Sistemləri İdarəsinə məxsus subartezian quyusunu elektriklə təmin edən naqilləri oğurlayan şəxs saxlanılıb.
"Report”un məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Babayev saxlanılıb.
Aparılan araşdırmalar zamanı onun iki həyətyanı sahədən su mühərriki və təmir-tikinti aləti də oğurladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay