Hadisə / Manşet
18.03.2021, 19:26
Gəncədə bir ay əvvəl itkin düşən qızın qətlə yetirildiyi məlum olub
Gəncə şəhərinin Cavad Xan qəsəbəsindəki zibillikdən qadın meyiti tapılıb.
"Kanal1.az" xəbər verir ki, araşdırmalarla meyiti tapılan şəxsin bir ay əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.
Qeyd edək ki hadisəni törədən şəxs qızın sevgilisi olub.
Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay