Dövlət büdcəsinin daha bir ŞƏRİKİ: Rafiq Aslanov... -
 
Zaman-zaman Azərbaycanda adı korrupsiyada hallanan məmurların dövlətin və xalqın malını talan edib daşıdıqları xarici ölkələrdə övladlarının adına şirkətlərinin üzə çıxması cəmiyyətimizdə hiddətlə qarşılanır. Az öncə deputat Cavanşir Feyziyevin İngiltərədəki kapitalına həbs qoyulması xəbəri paylaşılandan sonra onunla təhqir etdiyi jurnalistlar arasında çıxan dava hələ də gündəmdədir.

Bu "şanlı” siyahıda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini Rafiq Aslanovun da adı vardır. Yayılan informasiyaya görə, Vətən müharibəsinin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir dönəmdə Rafiq Aslanov Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil alıb.

Efirdəki çıxışlarından birində suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir. Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır.

İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında "Bentley”, "Range Rover”, "Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var.

Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar.

Rafiq Aslanovun himayəsi altında olan «Hidro-Kaskad» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Zeynalovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köhnə kadrlar iş başındadır, suyun yarısı "itkiyəı” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq.

Deryaz.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər