SAXTA MÜHARİBƏ VETERANI STATUSU ALANLARIN PROBLEMİ HƏLƏ DƏ AKTUALDIR
 
Son vaxtlar sosial şəbəkələrdə saxta müharibə əlili və saxta müharibə veteranı problemi geniş müzakirə edilir. Bu barədə bir çox məqalələr və statuslar da dərc olunur. Çox sayda insanlar ətrafında müharibə ilə əlaqəsi olmayan veteran və əlillərin törətdiyi qanuna zidd əməlləri görürlər və bunun qarşısının alınmasını tələb etməkdə haqlıdırlar.

Saxta veteranlıq və eyni zamanda əlillik təyinatı almış şəxslər cinayət məsuliyyəti daşıyır. Bunu bir qədər əvvəl mətbuata verdiyi açıqlamada Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev də xatırlatmışdı.

Yevlax rayonu Qoyunbinəsi kənd sakini Məmmədov Qabil Süleyman oğlu "Azerinfo.az” saytı redaksiyasına müraciət edərək, həmkəndlisi Azər Səfərovun Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2012-ci il tarixli 2-1(81) 1380/2012 saylı qərarı hesabına saxtakarlıqla müharibə veteranı statusu aldığını və bu adla eyni qəbildən olan insanlara şamil edilən güzəşt və imtiyazlardan, maddi təminat növlərindən yararlandığını bildirmişdir. Qabil Məmmədov bildirir ki, Azər Səfərov onu bu iddialarına cavab olaraq Yevlax rayon məhkəməsinə vermiş və məhkəmə ədalətsizliyi hesabına qalib gəlmiş, məhkəmənin 28.04.2022-ci il tarixli qətnaməsi ilə üzərinə təkzib verməsi tələbi və 1000 manat mənəvi ziyanı ödəmək tələbi qoyulmuşdur. Bununla belə, Q.Məmmədov təkzib vermək fikrində deyil, çünki iddiasının doğruluğuna əmindir. Bildirir ki, həmin məhkəmə işində Müdafiə Nazirliyi tərəf kimi yeni açılmış hal kimi məhkəməyə müraciət edə bilər. Hətta bundan ötrü 16.05.2022-ci il tarixdə Müdafiə Nazirinə məktub ünvanlayaraq xahiş də edib. İddiasını onunla əsaslandırır ki, Azər Səfərovun hərbi biletində onun müharibədə hansı hərbi hissənin tərkibində döyüşlərdə olduğu barədə və digər qeydlər yoxdur.

İşin hüquqi tərəfindən başqa, ümumilikdə bu vəziyyətdən çıxış yolu və onun gələcəkdə təkrarlanmaması üçün bir yol varmı? Bəzi ekspertlər təkliflər səsləndirilirlər:

1. Hərbi hissənin əmrlər kitabında daxilolma və tərxis olunma haqqında əmrləri olmayan hərbçilərin veteran adı alması üçün yalnız şahid ifadələri məhkəmədə keçərli olmalı deyil, bunün üçün həmin hərbçinin adının şəxsi heyət, silahların təhkim edilməsi, əşyaların paylanması, maaş cədvəli və s. kimi siyahılarda olub-olmaması yoxlanılmalıdır. Şahid qismində məhkəmədə iştirak edənlər arasında sağ qalan birbaşa komandirlərin ifadəsi mütləq tələb olunmalıdır. Gərəkirsə, hərbi ekspertlər iddiaçıdan döyüş epizodlarında iştirakına dair müsahibə alıb, öz rəylərini məhkəməyə təqdim etməlidir. İlkin mərhələdə isə arxivləri saxlanılan hərbi hissələrin əmrlər kitabında adı olmayan veteranların sayına baxılmalıdır, eyni hərbi hissədə yüzlərlə adı əmrlərdə keçməyən veteranın olması, hərbi hissənin komandanlığı və qərargahı üçün məsuliyyət təşkil edir.

2. 1992-1994-cü illərdə yaralanığına görə qospitalda (xəstəxanada) yatmayan, epikrizləri olmayan, görünən aşkar əlillik əlamətləri müşahidə edilməyən şəxslərin veteranlığı dərhal dayandırılmalıdır.

3. Döyüşlərdə iştirak və yaralanma sayına görə hərbi hissələrin verdiyi arayışların sayını da nəzərdən keçirmək olar. Bəzi hərbi hissələr, xüsusilə də özünümüdafiə bölmələrin çox sayda mülki insanı bu tip arayışlarla təmin etdiyinə dair ciddi siqnallar mövcuddur.

Bu təkliflər ictimaiyyət və mütəxəssislər tərəfindən müzakirə də edilə bilər. Vətənimizin, şəhidlərimizin, əlillərimizin və veteranlarımızın nüfuzuna xələl gətirən bu xoşagəlməz hadisələrin aidiyyəti üzrə dərindən araşdırılacağına tam inanırıq.

İbrahim Hümbətov

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər