Qarabağ qazisi 5 gündür 19 saylı poliklinkasının baş həkimini İŞYERİNDƏ TAPA BİLMİR:
Bir neçə gün öncə mediada yayılan məlumata görə 44 günlük Vətən müharibəsində qazi olmuş Hacı Vəliyev ilə Yasamal rayonu ərazisində yerləşən 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova arasında insident yaşanıb.

Qazi Hacı Vəliyev özü bu barədə facebook sosial şəbəkə hesabında məlumat yayıb.

Qazi Hacı Vəliyev facebook sosial şəbəkə hesabında yazığına görə, qeydiyyatda olduğu Yasamal rayonu ərazisində yerləşən, əvvəllər də arayış aldığı və müayinə olunduğu 19 nömrəli poliknikaya COVID-19 əleyhinə vaksin pasportu almaq üçün gedib:

"Bir xeyli get-gəldən sonra bildirdilər ki, mən burada qeydiyyatda deyiləm. Onlara izah etdim ki, bura qeydiyyatıyam və mənə bununla bağlı arayış da veriblər, müayinə də ediblər. Verilən arayışı oxuduğum İdman Akademiyasına təqdim etmişəm. Hətta burada qeydiyyatda olmağımla bağlı sistemdə şəklimi də çəkib atıblar".

Qazi deyir ki, daha sonra baş həkimin qəbulunda olub:

"Baş həkim dedi ki, sən buranın qeydiyyatında deyilsən, sənə kömək edə bilmərik. Yuxarıdakıları dedim və bildirdim ki, onda sizin işçiləriniz mənə arayışı səhv verib. Dedim ki, işçiləri tənbeh edin, daha bir vətəndaş incidilməsin. Bunu deyib ayağa qalxdım və çantamı götürəndə (görən gözüm) sol gözümə həkimin mənə baxıb istehza ilə gülməyi sataşdı.

Elə burada da ağrılarım şiddətlənmişdi, tez-tez əlimlə gözlərimi ovuşdururdum. İki dəfə soruşdum ki, niyə gülürsüz? Gülməyə davam edirdi. Mən də dedim şəhid ailələrinə, qazilərə gülənin genində, qanında problem var. Bundan sonra həkim ayağa qalxdı, sol əli ilə stolun üstündə olan qənd qabını vurub aşırdı və beləcə mübahisə yarandı".

Yəni söhbətə güc nazirliklərinin əməkdaşları qarışıb, uzun söhbətlər olub və s.

Amma bütün bunlara ehtiyac var idimi..? Qarabağ qazisi soruşur ki, məni təhdid etməyə, hədələməyə nə ehtiyac var idi..? Qarabağ qazisinin dediyinə görə, onları polisə dəvət etsələr də, baş həkim Aytən Qurbanova polisə getməkdən imtina edib.

Qazinin dediyinə görə, baş həkim Aytən Qurbanova keçmiş millət vəkili Fərhad Qəribovun qızıdır:

"Həyat yoldaşı isə keçmiş polis əməkdaşı Qurbanov Vüqar Akif oğludur. Vüqar Qurbanovun əmisi ilə Ziya Məmmədov qudadır”.

Şikayətçilərin dediyinə görə, 19 saylı şəhər poliklinikasının Baş həkimi Qurbanova Aytən Fərhad qızını iş yerində tapmaq mümkün deyil:

"Günün hansı məqamında katibəsindən baş həkimi soruşursan deyir ki, baş həkim nazirlikdə iclasdadır.
Baş həkim heç vaxt yerində tapılmadığı üçün onun bütün işlərini müavini Yeganə xanım həyata keçirir. Digər müavin isə Tərxanımdır. Onun da adı mediada neqativ işlərdə hallanır.

Amma ən əsası odur ki, Baş həkim Aytən Qurbanova özünü güc orqanlarının yaxını kimi qələmə verərək, heç kimi saymır, ümumiyyətlə, işə gəlib getmir. 19 saylı poliklinikanın ən müammalı otağı 10-cu otaqdır.Həmin otaqda vətəndaşlara sağlamlıq haqqında arayış verilir.

Necə və hansı yollarla verildiyini isə,19 saylı şəhər poliklinikasına yaxımlaşıb özünüz görə bilərsiniz. Maraqlısı odur ki,bütün otaqlarda qapının cəftəsi olduğu halda, 10-cu otağın qapısının cəftəsini çıxarıblar!

Kimsə birdən qapını açıb içəriyə nəzər salıb, olanlardan agah olar deyə bu əmələ əl atılıb?

Onu poliklinikada əvəz edən Yeganə xanıma isə hər gün kimsə bahalı güllər göndərir. Bu qadının həkim, yoxsa modelyer olduğunu müəyyən etmək olmur. Qarabağ qaziləri poliklinikanın qapılarında günlərlə gözləməli olur. Sonra da deyirlər ki, Qarabağ qaziləri niyə intihar edir?!"

P. S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. \\Gundelik-Baku.com

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər