İsmayıllı rayonu, Lahıc qəsəbə sakinləri Səmədov Dəyanət Səməndər oğlu, Səmədova Tamara Bəşir qızı, Səmədov Ədalət Səməndər oğlu və Səmədova Xoşqədəm Səməndər qızı "AzPolitika.info"ya müraciətlərində bildiriblər ki, Əlizadə İradə Ağaməşədi qızı və Səmədova Səbinə Ləyaqət qızı onlardan İsmayıllı Rayon Məhkəməsinə şikayət ediblər.

"İddiaçılar şərəf və ləyaqətin müdafiəsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edirlər. İddia olunur ki, biz guya onların ünvanlarına tərbiyəsiz söyüşlər səsləndirmişik, buna görə məhkəmə bizi 1000 manat maddi zərər, 20000 manat isə mənəvi zərərin əvəzi olaraq cərimələməlidir. İsmayıllı Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qətnaməsilə iddiaçıların bu tələbləri qismən təmin edilib və anam Səmədova Tamara Bəşir qızından 2 min 30 manat 40 qəpik, məndən isə 455 manat məbləğində pul tutulub” -deyə, müraciətdə bildirilir.

Müraciətdə qeyd olunur ki, məhkəmə bu məbləğin tutulmasını iş materialında yer alan texniki araşdırma və qiymətləndirmə rəyi ilə əsaslandırıb: "Ancaq bizim mütəxəssis rəyinin alınması qərarından xəbərimiz olmayıb. Rəyə əsasən, əmlaka dəymiş ziyan iddiaçıların təqdim etdiyi CD-yə baxaraq qərar qəbul edilib. Belə olan halda mütəxəssis hansı əmlakın hansı dərəcədə xəsarət görməsini, onun təyinatına uyğun istismar funksiyasının hansı dərəcədə olmasını necə müəyyən edə bilərdi? Məhkəmənin iddiaçıların tələbi üzrə qəbul etdiyi mənəvi ziyanla bağlı olan hissəsi də tamamilə qeyri-qanunidir”.

Şikayətçilər bildirirlər ki, məhkəmə qəbul etdiyi qətnamədə mənəvi ziyan tutmasını onunla əsaslandırıb ki, Səmədov Dəyanət və Səmədova Tamara tərəfindən iddiaçı barəsində istər sosial şəbəkələrdə, istər dövlət orqanlarına yazılan şikayət ərizələrində göstərilən məlumatlar cəmiyyət arasında yayılmış, həmin məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi müəyyən edilib:

"Məhkəmə sosial şəbəkə dedikdə "lahıç_qədimçayevi" instagram profilində olan məlumatları nəzərdə tutub. Həmin profildə müəyyən qaydada sərf edilən sözlərin bizə aid olmasını bildirib. Məhkəmə necə müəyyən edərək belə qənaətə gəlmişdir ki, "lahıç_qadimçayevi" adlı sosial şəbəkə hesabından iddiaçılar barədə yazılan sözlər məhz bizə aid sözlərdir.

İş materialında həmin sosial şəbəkə profilinin bizə aid olması barədə hər hansı bir sübut yer almamışdır. Onu da nəzərinizə çatdırım ki, məhkəmə zalında öz fikrimi bildirdiyim zaman məhkəmənin hakimi üzərimə qışqıraraq sözümü kəsir, fikrimi izah etməyə icazə vermirdi. Öz mövqeyindən istifadə edərək cavabdeh tərəf olaraq bizə təzyiq edirdi. Bunları məhkəmənin iclas zalında yerləşən kameralar qeydə alıb”.

Müraciətə əlavə edilib ki, İsmayıllı Rayon Məhkəməsində şikayətçilərə qarşı maddi və mənəvi ziyanla bağlı iddia irəli sürən Əlizadə İradə Ağaməşədi qızı əvvəlcədən onların yaşadığı mənzilə gələrək, fiziki təzyiq göstərib və söyüş söyüb: "Onlar görüntüləri qeydə alan kameraları sındırmağa çalışıblar. Həmin an biz onların söyüş və təzyiqlərinin qarşısını almaq istəyərkən, bu hərəkətləri bizim ona qarşı təzyiq etməyimiz kimi göstərərək bizi məhkəməyə veriblər.

Müraciətdə bildirilir ki, Əlizadə İradə Ağaməşədi qızı Səmədov Dəyanət Səməndər oğlunun Lahıc qəsəbəsində işlətdiyi çay evinə naməlum insanlar göndərərək onu təhdid etdirir: "Bu bizim ailə üzvlərimizi psixoloji basqı altında saxlamaq deməkdir. Ə. İradə hələ məhkəmə zamanı hakim İlqar Hüseynovun yanında bildirmişdi ki, bizim həyatımızı qaraldacaq. Bundan sonra bizim işlətdiyimiz çay evinə özünü şübhəli aparan şəxslər göndərmişdir”.

Şikayətçilər iddia edirlər ki, hazırda irəli sürdükləri faktlarla bağlı əllərində kifayət qədər sübut materialları var: "İradə Əlizadə və qızı Səbinə bizim yaşadığımız evin kameralarını sındırmağa gəldikləri zaman evin divarını təşkil edən çay daşlarının arasına gizli bükümlər qoymuşdular. Daha sonra kameraların onu çəkdiyini gördüyü üçün özü qapıda keşik çəkmiş və keçmiş həyat yoldaşı Ləyaqət Səmədov həmin bükümləri oradan götürmüşdü. Mən hesab etmişdim ki, onun divara qoyduğu həmin bükümlər narkotik maddədir. Bütün bunlar kamera görüntülərində öz əksini tapıb. Onu da qeyd edək ki, Əlizadə İradə Məşədi qızı prokurorluq orqanlarında fəaliyyət göstərən Vüsalə adlı şəxs tərəfindən himayə olunur. Bu səbəbdən bizim Ə. İradə barəsində müxtəlif orqanlara etdiyimiz şikayətlər nəticəsiz qalır”.

Şikayətçilər qeyd edirlər ki, İsmayıllı Rayon Məhkəməsinin 04.05.2022-ci il tarixli icra sənədinə əsasən, ona və ailə üzvlərinə Lahıc qəsəbəsi, Ə. Bayramov küçəsi 14 A saylı evdən tələbkar Səmədova Səbinə Ləyaqət qızının istifadəsinə maneçiliyə son qoyulması və evin qarşısında quraşdırılmış kameranın sökülməsi tələbi qoyulub: "Sözgedən ünvanda yerləşən evin Səmədova Səbinə Ləyaqət qızı və qeyrilərinə qarşı "Çıxarış”ın və bağışlama müqaviləsinin ləğvi barədə qaldırdığımız iddia yerli məhkəmə tərəfindən baxışa təyin olunub. Mən bunu əsas gətirərək icra şöbəsinə icra sənədinin icraatının dayandırılmasını xahiş etmişəm. Həmçinin bu barədə teleqramla Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova məlumat vermişəm. Lakin icra şöbəsinin əməkdaşları buna məhəl qoymadan 21.06.2022-ci il tarixdə yaşadığım ünvana gələrək icra protokollarını icra edəcəklərini bildiriblər. Həmçinin heç bir rəsmi məktub olmadan icra hərəkətləri ilə bağlı Lahıc qəsəbəsinə verilən elektrik cərəyanını şəbəkədən bir neçə saat ayırıblar".

Şikayətçilər aidiyyatı dövlət qurumlarından xahiş edirlər ki, İsmayıllı Rayon Məhkəməsinin 04.05.2022-ci il tarixli icra sənədinin icrası dayandırılısın, habelə icra şöbəsinin qanunsuzluğa yol vermiş əməkdaşları məsuliyyətə cəlb edilsinlər.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər