Bu küçənin yolları ona görə çəkilmir ki, ordan icra başçısının qazancı yoxdur…

Beyləqan rayonunda icra başçısı Asif Ağayevin korruptiv maraqlarının təmin olunmadığı, ona haram qazanc vəd etməyən heç bir mütərəqqi layihə həyata vəsiqə alıb gerçəkləşə bilməz. Buna ən əyani misal Beyləqanda keçmiş "Yağ – Pendir” Zavodunun ərazisində "SMD-42” kimi tanınan, əsasən məcburi köçkünlərin məskunlaşmış olduğu massivin problemlərini göstərmək olar. Sözügedən massivin yolsuzluq problemi ilə bağlı Realmedia.az saytında iki dəfə videoreportaj paylaşmışdıq. Birinci reportaj yayınlanandan sonra Beyləqan İcra Hakimiyyətinin ərazi nümayəndəliyindən gəlib yerində baxış keçirilmiş, magistral yoldan məhəlləyə qədər 300 metr məsafə təşkil etdiyi və yol çəkilişi üçün təxminən 24 min pul vəsaitinin lazı olduğu təsbit olunmuşdur.



Lakin RİH-nin ərazi nümayəndiliyi bu məsələnin həllinin yerli bələdiyyənin səlahiyyətinə aid olduğunu bildirmişlər ki, bu da qeyd etdiyimiz kimi əksəriyyətini məcburi köçkünlər təşkil edən sakinləri məyus etmişdir. Çünki onlar bilirlər ki, təkcə Dövlət Sosial Müdafiə Fonduna 12 min manat borcu olan bələdiyyənin bu işin öhdəsindən gəlmək üçün daxili imkanı yoxdur. Fərqli olaraq, Rayon İcra Hakimiyyəti problemi həll edə bilər. Axı hər il abadlıq-quruculuq işləri üçün Beyləqan RİH-nin hesabına dövlət yarım milyona yaxın maliyyə vəsaiti ayırır. Bu pulların Asif Ağayev tərəfindən tender maxinasiyaları ilə özünə yaxın firmaların hesabına keçirərək necə "təyinatı üzrə və səmərəli” xərclədiyi barədə indiyədək mətbuatda, eləcə də "Realmedia.az” saytında yetərincə tənqidi məqalələr dərc olunub, yuxarı instansiyalara, Respublika Prokurorluğuna müraciətlər edilib. Doğrudur, icra başçısı məsələnin məsuliyyətini özünün Beyləqan şəhəri üzrə nümayəndəsinin üstünə ata bilər. Di gəl, rayonda uşaqdan-böyüyə hamı bilir ki, başçının qol qoymadığı halda onun şərtləri ödənilmədən heç bir vəzifəli şəxs hər hansı korruptiv əməli gerçəkləşdirə bilməz.



Yeri gəlmişkən, Rayon İcra Hakimiyyətinin sözügedən məsələni həll etməsi üçün başqa bir xərc maddəsi də vardır. Belə ki, hər il büdcədən 100 min manata yaxın vəsait aztəminatlı vətəndaşların ehtiyaclarının qarşılanması üçün ayrılır ki, başçı onu da müxtəlif adlarla "xırıd” eləyir. Bu məsələyə də əlahiddə mövzu kimi əvvəlki yazılarımızda toxunmuşuq. Lakin Asif Ağayevə bu da sərf eləmir. "Problem” budur ki, sözügedən de-fakto massiv de-yure rəsmi ad daşımadığı üçün icra başçısı həmin əraziyə yol çəkilməsi üçün rəsmi tender elan edə bilmir və təbii ki, satınalmalar üzrə işbaz tərəf müqabillərini əməliyyata cəlb edib vəsaiti "pay-püşk” edə bilməyəcək. Başqa sözlə, özünün qazancı olmayacağını bildiyindən, problemin həlli ona cazibədar görünmür. Odur ki, İcra Hakimiyyəti sosial şəbəkə üzərindən də paylaşdığımız həmin məsələyə şərh bölümündə yayındırıcı cavab yazıb. Əlbəttə, buna cavab demək olarsa!.. Beləliklə, RİH bildirib ki, guya sözügedən ərazi – zavodun 2, 2 hektar torpaq sahəsi islahat vaxtı Cəbrayıl rayonundan məcburi köçkün Əliyev Elbrus Əli oğlu tərəfindən qanunvericiliyə uyğun olaraq özəlləşdirilib. Həmin ərazidə və beton kanalın qorunma sahəsində məskunlaşmış köçkünm ailələrinin yaşayış evlərinin hüquqi sənədləri olmadığı üçün qazla təmin etmək mümkün olmayıb. Cavab şərhində həmin evlərin su və kanalizasiya ilə təmin olunması sanki onların boynuna minnət kimi qoyulur. Dolayısı ilə bildirilir ki, eynən qaz təminatının düyünə düşdüyü kimi, yolsuzluq problemi də bürokratik əngəl səbəbindən həll olunmayacaq.
Ancaq məsələ burasındadır ki, Elbrus Əliyev həmin torpağı islahatın getdiyi ötən əsrin 90-cı illərində deyil, 2018-ci ildə ƏMDK-nin (indi ki, adı ƏMDX) məmurları ilə sövdələşərək özününküləşdirib”.



Mövzuya qayıdacağıq.
RealMedia.az
Ramin Məhəmmədoğlu

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər