"Sərnişin sayı artdığından Naxçıvandan Bakıya və əks istiqamətə təyyarə bileti tapmaq müşkülə çevrilib. Sıxlığa səbəb Bakıdan qonşu ölkələrə, xüsusilə Türkiyəyə təyyarə biletlərinin xeyli bahalaşması göstərilir. Bir çox sərnişinlər ucuz başa gəlsin deyə xarici ölkələrə getmək üçün Naxçıvanın quru ərazisindən istifadə etməyə üstünlük verir. Bu isə Naxçıvana uçan təyyarələrə uzun növbələr yaradır”.
Bu barədə "Gündəlik Naxçıvan”ın yaydığı məlumatda bildirilib.
Şəmkir rayonundan olan şikayətçi Vahid Əliyev deyib ki, Naxçıvandan Bakıya qayıtmaq üçün bir neçə gündür bilet tapa bilmir:
"Oğlumu müalicə üçün məcburi Türkiyəyə aparmalı idim. Quru yollar bağlı olduğundan AZAL biletləri bir neçə dəfə qaldırıb. Ucuz yol axtarırdım ki, dedilər, Naxçıvandan quru yolla Türkiyəyə getmək ucuz başa gəlir. Bilet alıb təyyarə ilə Naxçıvana, oradan da Türkiyəyə getdik. Ucuz başa gəldiyindən qayıdanda da Naxçıvan yolunu seçdik. Ancaq burada kassaya getdik, dedilər ki, bilet yalnız 20 gün sonraya var. Səhər tezdən gəlib növbəyə dursan, bəlkə, əlavə reysə bilet ala bilərsən. Səhər 5-də kassaya getdim ki, qarşısı adamla doludur. Bilet çatmadı. Növbəti gün də ala bilmədim. Pulumuz qurtardığından oteldə qala bilmirik. Burada elə tanışımız da yoxdur. Ona görə də aeroportda gecələməli oluruq. Nə qədər belə davam edəcək, bilmirik. Əlavə reyslərin sayı artırılsa, sıxlıq da aradan qalxar”.
Bakıya uçmaq istəyən Naxçıvan şəhər sakini Vahid Əliyevin sözlərinə görə, əlavə reyslərə biletlər tanışlıqla satılır:
"Səhər 5-də gəlmişəm, sırada 85-ci nəfərəm. Növbədəkilərin çoxu Türkiyədən, İrandan qayıdanlardır. Aviakassanın açılmasından 4-5 saat keçməsinə baxmayaraq, cəmi 40 nəfərə bilet satılıb. Mühafizə əməkdaşları sağdan-soldan tanışlarını içəri buraxır. Artıq pul alıb, bilet təşkil edir. Buna görə də növbəyə yazılanlar bilet ala bilmirlər. Məcburiyyət qarşısında qalıb növbəti gün yenidən növbəyə yazılmaq üçün saat 5-dən aviakassanın önünə gəlməli oluruq. Rayonlardan gələnlər elə aviakassanın binasının qarşısında gecələyirlər ki, növbələri əldən çıxmasın”.
Qeyd edilib ki, Bakıdan Naxçıvana və əks istiqamətə gün ərzində üç sabit təyyarə reysi həyata keçirilir. Sıxlıq yarandıqda isə, 1-2 əlavə reys xəttə buraxılır.
Xatırladaq ki, ötən gün millət vəkili Fazil Mustafa da Naxçıvana təyyarə biletlərinin tapılmaması barədə paylaşım edib.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər