2 nömrəli Klinik Psixiatriyada özbaşınalıq və acınacaqlı vəziyyət…
 
 
Son vaxtlar əlilliklə bağlı komissiyadan keçməli olan vətəndaşlardan şikayətlər çoxalıb. Onlar deyirlər ki, əvvələr komissiya həm Montin qəsəbəsində yerləşən Psixi Sağlamlıq Mərkəzində, həm də 2 saylı Psixiatrik Klinik Xəstəxanasında fəaliyyət göstərirdi. İndi isə Psixi Sağlamlıq Mərkəzində komissiyanı ləğv ediblər və bu problemə görə müraciət edənlərin hamısına 2 saylı Psixiatrik Klinik Xəstəxanaya göndərirlər.

Şikayətçilər bildirirlər ki, 2 saylı Psixiatrik Klinik Xəstəxanada adi bir növbə almaq üçün 3 saat növbəyə durmaq lazım gəlir. Oraya müraciət edən insanların hansı vəziyyətdə olması onsuz da hamıya məlumdur. Belə insanların adi bir qəbul növbəsi almaq üçün 3 saat gözləməsinə niyə göz yumulur və bu şəraiti kimlər, niyə yaradır? Növbə gözləyəndə də uşaq ağlaması böyüklərin səsinə, böyüklərin səsi də qazilərin söyüşünə qarışır. Qazilərimiz bu vətən uğrunda sağlamlıqlarını ona görə itiriblər ki, gedib hansısa bir qapıda sadəcə növbə almaq üçün saatlarla gözləsinlər? Səhiyyə Nazirliyi yaranan bu vəziyyəti bilmirmi və bilirsə niyə sağlamlıqları onsuz da itirilmiş olan vətəndaşlaır üçün normal şərait yaradılmır?

Təbii ki, Səhiyyə Nazirliyi komissiyanın birini ləğv edəndə bunun insan sıxlığına səbəb olacağını çox yaxşı bilirdi. Amma sadəcə olaraq bilirdilər və yaranacaq narazılıqlara göz yumacaqlarını da bilirdilər. Bir növbəyə görə saatlarla gözlədilən qazilərə qarşı bu münasibət haradan yaranır və hansı məntiqə sığır?

Şikayətçilər onu da qeyd edirlər ki, 2 saylı Psixiatrik Klinik Xəstəxanasında baş həkimin yanında olublar. Baş həkim də bildirib ki, Səhiyyə nazirinin əmri belədir. Vətəndaşların artıq otaq və işçi ayrılsın təklifinə də baş həkim nə otağımız, nə də işçimiz var, deyə cavab verib. Budur ölkədə vətəndaşa, sağlamlıq problemi olan insanlara və ən əsası qazilərə qoyulan hörmət və göstərilən xidmət…


Vətəndaşların səhiyyə sistemi ilə bağlı ikinci problemi şəkər xəstələrinə verilən dərmanların sayı azaldılması ilə bağlıdır. Deyirlər şəkər xəstələrinə verilən dərmanlar o qədər azaldılıb ki, çox vətəndaş, əlil dərmanı cibindən almağa məcburdur. Bəs bu dərmanların sayı niyə azaldılıb? Bunun məntiqli bir səbəbi varmı? Yoxsa hökümət dövlət üçün qənaəti ancaq kasıb və imkansız insanlar və qazilərin hesabına həyata keçirçəyi daha məqsədəuyğun hesab edir?

Şəkər xəstələrinin demək olar hamısı yaşa görə deyil, xəstəliyə görə təqaüd alırlar. Bu təqaüd də 286 manatdır. Bu insan aldığı təqaüdə də dövlətin verməli olduğu dərmana verirsə, bəs nə yeyib, nə içməlidir? Necə dolanmalıdır?

Məlumata görə Diabet İctimai Birliyinin bu barədə dəfələrlə Prezidentə müraciət edib. Amma heç bir müraciətlərinə baxılmayıb. Qarabağ Əlilləri Cəmiyyəti də bu vəziyyətdən şikayətçidir. Vətəndaşlar o vəziyyətə gəlib ki, aksiya keçirmək istəyirlər.

Yaranmış problemlərlə bağlı Səhiyyə Nazirliyinə etdiyimiz müraciətə cavab olaraq nazirlikdən bildiriblər ki, problemin əsas səbəblərindən biri poliklinikalarda psixiatriya üzrə peşəkarların az olmasıdır. Qəribə məntiqdir deyilmi? Axı bu çatışmamazlığı aradan qaldırmaq üçün məhz Səhiyyə Nazirliyi tədbir görməlidir və poliklinkalar psixiatriya üzrə mütəxəssislərlə təmin etməlidir.

Çox saylı problemlərlə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız sorğunun cavabı isə açığı bizi heç də məmnun etmədi və yəqin ki, bu yanaşmadan vətəndaş da məmnun olmayacaq. Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq aşağıdakı mətni aldıq:

"Sorğunuza cavab olaraq 2 nömrəli Klinik Psixiatriya xəstəxanasından bildirilib ki, son zamanlar poliklinikalar tərəfindən elektron sistemə "Forma 88” göndərişlərin salınması ilə əlaqədar diaqnozların mübahisəli olması ilə bağlı şikayətlərin sayı artıb. Bunun da əsas səbəblərindən biri poliklinikalarda psixiatriya üzrə peşəkarların az olması ilə əlaqələndirilir.

Qeyd olunanları nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən "Forma 88” göndərişlərinin elektron sistemə bu sahədə ixtisaslaşmış tibb müəssisəsi tərəfindən salınması təklif olunub. Bu, eyni zamanda nəzarətin gücləndirilməsinə də kömək edir.

Beləlikə, hazırda "Forma 88” göndərişlərinin verilməsi psixiatriya üzrə ixtisaslaşdırılmış Səhiyyə Nazirliyinin 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanasında həyata keçirilir.

Həqiqətəndə çoxsaylı müraciətlərlə bağlı müəyyən çətinliklər yaranıb. Yaranan problemlərin aradan qaldırılması məqsədi ilə növbə sistemi yaradılıb və hər bir müraciət edən şəxs təyin olunmuş vaxtda qəbul edilir. Bununla da tibb müəssisəsində yaranan canlı növbə problem aradan qaldırılır”.

Yaxşı olardı ki, Səhiyyə Nazirliyinin bir məsulu 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanaya getsin və ordakı vəziyyətlə birbaşa tanış olsunlar. Çünki 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanada doğrudan acınacaqlı vəziyyətdir və bu vəziyyətin yaranmasına görə Səhiyyə Nazirlyinin məsulları birbaşa məsuliyyət daşıyırlar.

Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirib ki, əlilləri, xəstələri bir yığmaq onlara əlavə işgəncədən başqa heç nə deyil. Bu problemlə bağlı 2 nömrəli Psixiatriya Klinikasının baş həkiminin dedikləri gülməlidir:

"Bu problem çoxdan var. Bir neçə aydır ki, əlillər müayinədən qarşılaşdıqları çox ciddi problemlərlə bağlı sosial şəbəkələrdə, mediada dəfələrlə problemi qaldırıblar. Əlilləri, xəstələri bir yığmaq onlara əlavə işgəncədən başqa heç nə deyil. Bu problemlə bağlı 2 nömrəli Psixiatriya Klinikasının baş həkiminin dedikləri gülməlidir. Əlavə otaq, işçi yoxdur deməklə əlilləri, xəstələri sözün həqiqi mənasında yola verirlər. Əgər Səhiyyə Nazirliyinin əlavə komissiya yaratmaq imkanı yoxdursa, onda zəhmət çəkib hamını bir yerə yığmasınlar. Bu işi mərhələ-mərhələ həyata keçirsinlər.

Belə bürokratik əngəllər insanlarda çox ciddi psixoloji problemlər yaradır. Onsuz da hərbi məsələlərlə bağlı narahatlıqlar var. Onların bir çoxuna haqsızlıq edilib. Buna görə də narazılıqlar çoxalır.

Digər tərəfdən komissiyadan keçmək üçün bölgələrdən də gəlirlər. Onlar günlərlə həm şəhərdə qalnalıdırlar, həm də gündəlik qidalanmalıdırlar. Onlar alacaqları məbləğin yarısını elə burada xərcləyirlər. Səhiyyə Nazirliyi bu işi apara bilmirsə, desinlər apara bilmirik.

Səhiyyə təşkilatlarının çox böyük resursları var. Onların saysız-hesabsız binaları, otaqları, işçiləri də var. Buna görə də insanları belə incitməkdə onların məqsədinin nə olduğunu anlamaq olmur. Sanki bilərəkdən özləri insanları narazı salırlar. Buna görə də məsələ daha çox ictimailəşdirilməlidir. Səhiyyə Nazirliyi də buna çox ciddi açıqlama verməlidir. Bu işi insanlara əzab-əziyyət vermədən təşkil etmək nazirliyin borcudur. Nazir işləyə bilmirsə, istefa versin işi işləyə bilən gəlsin problemləri həll etsin”.

pia.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər