Saxta diplomlu
 
Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevin yaxın günlərdə yaş senzinə görə vəzifəsindən ayrılması gözlənilir.

AzFakt.com-a daxil olan məlumata görə vəzifədən getməyə hazırlaşan "qocaman” məmur yerinə oğlunu təyin etdirməyə çalışır və bunun üçün ən yüksək səviyyədə qapıları döyməyə başlayıb.

Qeyd edək ki, Allahverən Əliyev uzun müddətdir ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini və YAP rayon təşkilatının sədri vəzifələrində çalışır.

Dövlət qulluğunda çalışdığı illərdə isə özünə topdağıtmaz sərvət toplayıb. Belə ki, Ağdamdan saytımıza verilən və bir çox mənbələrdən təsdiqlənmiş məlumata görə Allahverən Əliyevin paytaxtda və rayonda çoxsaylı mülklərə sahibdir. Ağdamda isə onun obyektləri saymaqla bitmir. "Vergi ərazisi” deyilən məntəqədə yüz hektarlarla torpaq sahələrini ələ keçirən məmur həmçinin doğulduğu Çəmənli kəndində də özünə böyük heyvandarlıq təsərrüfatı yaradıb. Çəmənli kəndinin ətrafında da böyük torpaq sahələrini zəbt edən Allahverən Əliyevin əsas biznes sahəsi isə pendir istehsalıdır. Onun Çəmənli kəndində yerləşən pendir sexi isə uzun illərdir ki, kənd sakinlərinin əsas probleminə çevrilib. Bu sexin çirkab suları kəndin ortasına axıdılır və yaranan üfunət iyindən sakinlərin də həyatı cəhənnəmə çevrilib.

Məlumatda bildirilir ki, Allahverən Əliyevin Çəmənli kəndində yaradığı və uzun illərdir ki, çəkilməyən üfunətlə bağlı sakinlər dəfələrlə müxtəlif qurumlara şikayət ediblər və bu şikayətlər hələ də davam etməkdədir. Lakin bütün şikayətlər fırlanıb icra bacısının birinci müavinin üstünə gəldiyinə görə problemin həlli imkansız olub. Üfunəti ortadan qaldırmaq və pendir sexi üçün kanalizasiya sistemi qurmaq isə əlavə xərc olduğuna Allahverən Əliyevin ağlının ucundan belə keçmir.

Bundan başqa məlumata görə Allahverən Əliyevin Ağdamın inzibati mərkəzi olan Quzanlı qəsəbəsində çoxsaylı obyektlərinin, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən dükanları və topdansatış məntəqələri var. Quzanlıdakı daş bazrı da icra bacısının birinci müavininə aiddir.
Hazırda yaş senzi ilə bağlı vəzifəsi ilə vidalaşmaq ərəfəsində olan Allahverən Əliyev Ağdamdakı biznesini və sərvətini qoruyub inkişaf etdirmək üçün oğlu Sahil Əlirevi yerinə təyin etdirməyə cəhd edir. Sahil Əliyev hazırda Ağdamda ailəsinə aid olan çox saylı biznes obyektlərini, o cümlədən Çəmənli kəndindəki pendir sexini idarə edən Sahil Əliyev rayonda "pendir kralı” olaraq tanınır. Əslində isə ağdamlılar bu ayamanı ata-oğul Əliyevlərin ikisinə də şamil edirlər.

Sahil Əliyevin isə çox maraqlı həyat tarixçəsi var. O, Mingəçevirdə adı olub özü olmayan, bir müddət Azərbaycanda "saxta diplomlar fabriki” olaraq bilinən San-Marino universitetini bitirib. Atasının sayəsin də Ağdamda müxtəlif vəsifələrdə adı gedib. Özü isə Çəmənlidə pendir istehsalı ilə məşğul olub. Çoxsaylı dövlət qurumlarında "çalışan” Sahil Əliyevi isə həmin qurumlarda görən olmayıb. Sahil Əliyev bir müddət də Ağdam Ekologiya idarəsində "çalışıb” və ETSN-nin apardığı araşdırma nəticəsində diplomunun saxta olduğu aşkarlanıb və buna görə də "işdən” azad olunub.

Lakin saxta diploma sahib olması onun Prezident yanında İdarəçilik Akademiyasına daxil olnmasına mane olmayıb. Atasının əlaqələri səyəsində hazırda Prezident yanında İdarəçilik Akademiyasında oxuyan Sahil Əliyev bir neçə il əvvəl Ağdamda "Piaqro” MMC-nin pambıq məntəqəsində müdir olaraq çalışmağa başlayıb. Pambıq məntəqəsində aparılan yoxlama zamanı isə 350 000 manat çatımamazlıq, yəni yeyinti aşkarlanıb. Yenə də atasının əlaqələri sayəsində qalmaqal ört-basdır edilib və Sahil Əliyev çatışmayan 350 000 manatı "Piaqro” MMC-yə ödəyərək işdən ayrılıb.

Bundan sora isə Allahverən Əliyev oğlunu 119 saylı Ağdam rayon kənd seçki dairəsinə sədir təyin etdirib. Hazırda da seçki dairəsinə rəhbərlik edən Sahil Əliyev, yenə də pendir istehsal edib satmaqla məşğuldur. Həmçinin ailəsinin Ağdamdakı biznes sahələrini də idarə etməkdədir.

Yaxın günlərdə isə Ağdamın "pendir kralı”nın Ağdam rayon İcra Hakimiyyətinin birinci müavin vəzifəsinə təyinat alması istisna olunmur.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər