Gündəm
19.03.2022, 18:40
Gəncədə güclü külək hasarı nənə və nəvənin üzərinə aşırıb - FOTO
Ötən gecədən başlayan güclü külək Gəncədə fəsadlar törədib.
Kanal1.Az xəbər verir ki, güclü külək nəticəsində Gəncənin əsas küçə və prospektlərində ağaclar aşıb, dam örtükləri yararsız hala düşüb.
Güclü külək səbəbindən şəhərin Nizami Gəncəvi prospektində kərpicdən hörülən hasar aşıb. İlkin məlumata görə, hadisə nəticəsində nəvə və nənəsinin xəsarət aldığı deyilir.
Şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Aidiyyəti qurumlar güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçiblər.
Baş redaktor
Arzu Orucov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay