Gündəm
23.08.2021, 14:19
Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! – 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
Gəncə səhiyyəsi adına növbəti biabırçılıq və özbaşınalıq halı qeydə alınıb. Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasının həkimləri stasionar müalicə alan 2 yaşlı Zoduz Aynur Rəsul qızının sümüyünün iliyindən nümunələr götürüblər. Bunu edərkən də uşağın valideyinlərindən icazə almayıblar, niyyətlərini ata-anasından gizlədiblər.
Valideyinlərin “Kanal1Az”-a bildirdiyinə görə, Gəncənin həkimləri ilk başdan uşağın müalicəsinə laqeyid yanaşır, adi diaqnozun təyin edilməsinə belə nail ola bilmirlər. Eləcə də ailənin maddi durumu yazılan reseptlərin-dərmanların alınmasına imkan vermir. Uşağın müalicəsi üçün isə Gəncə Səhiyyəsinin rəhbərliyi heç bir əməli addım atmır, əksinə, həkimlik andını unudaraq valideyinlərlə qeyri-etik rəftar edirlər.
Ananın söylədiyinə görə, qızcığaz 6 aya yaxındır ki, müalicələrə cəlb edilib. Lakin, gün keçdikcə sağalmaq əvəzinə səhhətində daha ciddi problemlər yaranıb. Valideyinləri hesab edir ki, qızları Aynur həkimlərin savadsızlığı və səhlənkarlıqları ucbatından sağlamlığını tamamilə itirib və bu üzdən həyatı təhlükədədir
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay