Cəmiyyət / Manşet
7.06.2021, 17:19
Bu şənbə və gələn bazar Bakıda ictimai nəqliyyat işləyəcək
Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı istirahət günləri olmasına baxmayaraq, iyunun 12-i və 20-də ictimai nəqliyyat fəaliyyət göstərəcək.
“Kanal1.az” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, yalnız 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasına qərar verilib.
Beləliklə, iyunun 12-i (şənbə günü) və iyunun 20-i (bazar günü) sərnişin avtobusları və metro işləyəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay