Cəmiyyət / Manşet
26.05.2021, 08:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
“Kanal1.az”bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram"
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay