Cəmiyyət / Manşet
25.05.2021, 12:56
Bu yay çimərliklərin fəaliyyətinə icazə veriləcək - RƏSMİ
Azərbaycanda 10 iyun tarixindən etibarən çimərliklərin fəaliyyətinə icazə veriləcək.
“Kanal1.az”xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, çimərliklərlə bağlı ötən il tətbiq olunan qaydalar bu il də tətbiq ediləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay