Toylar bu qaydalarla keçirilə bilər - ƏSAS ŞƏRTLƏR

"Açıq havada maska taxmaq qaydası ləğv edilməlidir. Çünki üzü yaya gedirik".
Bunu “Kanal1.az”-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

O bildirib ki, insanlar məsuliyyətli davransa, açıq havada maska taxmadan da yaşamaq olar:

"Havalar daha da istiləşəcək və bununla bağlı maskadan çox istifadə etmək insanların səhhətində havasızlıq, hepoksiya, beyinə oksigenin az getməsi kimi problemlər yarada bilər. Buna görə də məsləhət görərdim, açıq havada maska taxmaq ləğv olunsun. Lakin insanlar bilməlidirlər ki, məsafə saxlamaq mütləq vacibdir. Yəni bir insan ikinci bir şəxslə açıq havada söhbət edirsə, ən azı 1 metr, 1.5 metr aralarında məsafə olmalıdır. Bu qaydaya əməl etməklə hər bir insan məsuliyyəti üzərinə götürsə, açıq havada maska taxmadan da yaşamaq mümkün olar.

Onsuz da bizdə hazırda restoranlar, kafelər işləyirlər. Həmin restoranlarda baxırsan 70-80 nəfər yığışır. Toyların keçirilməsinə icazənin verilməsi məsləhət olardı. Və üzü yay aylarına getdiyinə görə toyların da açıq havada keçirilməsi daha yaxşı olar. Qonaq sayının 70-80 olması, bir masa arxasında 5-6 nəfərdən artıq şəxsin olmaması, masalar arasındakı məsafəyə nəzarət olunması və keçirilmə vaxtının saat baxımından qısa olması şərti ilə toylar keçirilə bilər. Yəni 3-4 saat yetərlidir ki, toyların heç olmamağındansa, bununla kifayətlənmək daha yaxşıdır. Ən azından ölkədə yoluxma sayının azalmasını, əhalimizin vaksinasiyada aktivliyini nəzərə alaraq bir balaca yumşalmalara getmək olar. Ancaq əvvəlki kimi 300-400 nəfərlə toy edib və qapalı mühitdə bu 6-7 saat çəksin, belə olmamalıdır. Toylar açıq havada keçirilsə daha yaxşı olar. Bütün bunlarla paralel yenə də vaksinasiya önəmlidir. Əhali arasında vaksinasiya prosesinin davam etdirilməsi, təbliğatı bir az da artırmaq, insanları vaksinasiyaya cəlb etmək məsləhətdir".

Təhməz Əsədov

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər