Cəmiyyət / Manşet
27.04.2021, 08:47
Baloğlan Əşrəfov Masallıda dəfn ediləcək
Ötən gün vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun dəfn yeri məlum olub.
"Kanal1.az"xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Şəhla İsgəndərovanın dediyinə görə, sənətkar Masallı rayonunun Bədəlan kəndində torpağa tapşırılacaq.
B.Əşrəfov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. İfaçı bir müddət əvvəl koronavirusa yoluxmuşdu. O, yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.
Onu da əlavə edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.
Allah rəhmət eləsin!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay