Cəmiyyət / Manşet
26.04.2021, 19:26
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
"Kanal1.az"
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 660, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 200 təşkil edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay