Siyasət / Manşet
22.04.2021, 10:46
Bu gün bitərəf deputatlar MSK üzvlüyünə namizədləri müəyyənləşdirəcəklər
Bu gün Milli Məclisdə bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılması ilə əlaqədar iclas keçirəcək.
"Kanal1.az"bildirir ki, iclasda bitərəf deputatlar MSK-ya onları təmsil edəcək üzvləri müəyyən edəcəklər.
Qeyd edək ki, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.
MSK indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay