Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Türkiyənin müdafiə naziri Hulusi Akar və Ukraynalı həmkarı Andrey Taran İstanbulda görüş keçiriblər.
"Kanal1.az"-ın verdiyi məlumata görə, görüş zamanı regional aspektdə müdafiə və təhlükəsizlik, müdafiə sənayesində ikitərəfli əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb.