Dünya / Manşet
9.04.2021, 18:06
Almaniyada peyvənd olunanlar testdən keçməli olmayacaq
Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirusa qarşı peyvəndlənmiş vətəndaşların tezliklə hüquq və azadlıqlarını bərpa edə biləcəklərini açıqlayıb.
"Kanal1.az" xəbər verir ki, nazir peyvənd olunan vətəndaşlara "COVID-19" testlərindən keçmək, özünü təcrid etmək və karantində qalmaq tələblərinin tətbiq edilməyəcəyini bildirib.
"Tam peyvənd vurduranlara mənfi test nəticəsi olanlar kimi yanaşılacaq" ,- deyə o qeyd edib.
Qərar "Robert Koch" İnstitutunun yeni elmi dəlillərinə əsaslanır. İnstitutun son hesabatına görə, 15 gün öncə peyvəndlənməni tamamlamış şəxslərdə yoluxdurma riski mənfi test nəticəsi göstərmiş şəxslərdən daha azdır. Hesabat 3 aprel tarixində Almaniyanın federal əyalətlərinə göndərilib.
Qərarın pandemiyanın üçüncü dalğası səngidikdə və məhdudiyyətlər götürüldükdə qüvvəyə minəcəyi gözlənilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay