Qazi adı altında reketlik edənlər - VİDEO

Ev sahibi olmaq hər kəsin arzusudur. Amma çox vaxt bu arzuya çatmaq müəyyən vəsait tələb edir. Bu vəsaitə gücümüz çatmayanda da cibimizə uyğun hərəkət etməyə çalışırıq.

"Kanal1.az" xəbər verir ki, BAKU.TV Maştağa qəsəbəsində neft quyularının bol olduğu ərazilərdən reportaj hazırlayıb. Reportajda deyilir ki, özünü Birinci Qarbağ müharibəsi qazisi kimi təqdim edən əslində isə reketlik edən işbazlar “Qarabağ qazisi” adından istifadə edərək sahibkarları hədələməkdən tutmuş boş torpaq sahələrini zəbt etmək, qanunsuz tikinti işləri aparmaq, dövlət məmuruna qarşı güc tətbiq etməyə kimi bir sıra cinayət əməlləri ilə məşğuldurlar.

Dəstəyə Sərxan Musayev başçılıq edir. Zavur Abasov, İlyas Şəmilov, Rəhman Camalov və digər bir neçə əlil şəxs də Sərxanın göstərişi ilə hərəkət edir.

Dəstə üzvləri 2-3 min manat qarşılığında sifarişləri yerinə yetirirlər. Onların əsas müştərisi isə neft sənayesinə aid torpaqlarda qanunsuz tikinti işləri aparan şəxslərdir.

Hazırda dəstə üzvlərindən İlyas Şəmilov və Zavur Abasov Maştağa və Buzovna qəsəbələrinin ərazisində qanunsuz tikinti işləri aparan makler Azər Cəbrayılovun sifarişini yerinə yetirirlər. Onların qanunsuz zəbt edib, tikinti apardıqları ərazi isə neft mədəninə məxsusdur və 1220 saylı işlək neft quyusundan cəmi 20 metr məsafədə yerləşir.

Zavur Abasov torpaq sahəsinin həyat yoldaşına məsus olduğunu bildirib və mühafizəçilərə saxta sənədlər təqdim edib. Lakin ondan həyat yoldaşının atasının adı soruşulduqda qayınatasının adını bilmədiyini deyib. Bütün bunlar onu göstərir ki, saxtakar veteranlar əraziyə qanunsuz tikintiyə havadarlıq etmək üçün gəliblər.

Saxta sənədlər ilə istədiklərinə nail ola bilməyən dəstə üzvləri bu dəfə mühafizəçilər ilə münaqişəyə girməyə cəhd ediblər və bu yolla guya Qarabağ əlillərinin döyüldüyünün görüntüsünü yaratmağa çalışıblar.

Onlar İkinci Qarabağ müharibəsi qazilərini də nələrinsə müqabilində aldadaraq öz ətraflarına toplayıblar. Qazilərdən tələb olunan isə budur ki, hərbi forma geyinib tikinti ərazisində olsunlar, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır.

Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz. Lakin neft sənayesi obyektlərinin mühafizəsi ilə məşğul olan SOS şirkətinin əməkdaşlarının da əksəriyyəti Vətən müharibəsi iştirakçısıdır.

Təkcə bir neçə gün əvvəl 53 müharibə veteranı bu şirkətdə işlə təmin olunub. Belə olan halda Vətən müharibəsi iştirakçıları arasında qarşıdurma yaranıb. Bir neçə ay öncə düşmənə qarşı çiyin-çiyinə vuruşan silah yoldaşları indi üz-üzə gəliblər.

Onların bir qismi xalqa məxsus neft sənayesi torpaqlarını, neft quyularını, boru kəmərlərini mühafizə etdiyi halda, digərləri pul qazanmaq üçün min dona girən saxtakarların mənafeyini müdafiə ediblər.

Üstəlik nümayişkəranə şəkildə hərbi formadan istifadə etməklə onlar səfərbərlikdən tərxis edilmiş şəxslərin hərbi geyim formasını daşıma hüququnu pozublar.

Vətən müharibəsi iştirakçısı olan mühafizəçilər “biz də qaziyik, biz də Vətən yolunda canımızdan keçmişik, amma bunu əlimizdə bayraq edib heç bir qanunsuz əmələ göz yumulmasını istəmirik” deyərək qanunsuz tikinti işlərinin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, Sərxan Musayevin adamlarından bəziləri əslində Qarabağda düşmənə bir güllə belə atmayıb. Əksəriyyəti Rusiyada müxtəlif cinayətkar qruplaşmaların tərkibində fəaliyyət göstərib orada şəxsi münaqişə zəminində ayağını, qolunu, gözünü itirib, Azərbaycana qayıtdıqdan sonra isə saxta sənədlərlə özlərini Qarabağ qazisi kimi təqdim etməyə çalışırlar.

Sonda isə Sərxan Musayev və onun dəstəsinin cinayət əməllərinin bir neçəsini təqdim edirik.

• 2017-ci ildə Suraxanıda neft ərazisini zəbt edib ev tikiblər.

• 2019-cu illərdə Biləcəridə neft kəmərinin mühafizə zonasını zəbt edib ev tikiblər.

• 2019-cu ildə sahibkar Cavanşir Talıbovu şantaj edərək onun müəssisəsini ələ keçirməyə çalışıblar.

• 2020-ci ildə Əhmədli metrostansiyasının yaxınlığında “Kardeşler” restoranına hücum çəkiblər.

• 2020-ci ildə Balaxanıda iki fərqli yerdə neft ərazisini zəbt edib ev tikiblər.

Sərxan Musayev və ətrafına topladığı şəxslərin törətdiyi cinayətlərin cəzasız qalması onları oxşar əməllər törətməyə sövq edir. Əgər onların bir neçə ildir törətdiyi cinayət əməllərinə vaxtında hüquqi qiymət verilsəydi, yəqin, o, bu gün başına dəstəsini yığıb yeni ərazilər zəbt etmək barədə düşünməzdi.

Daha ətraflı BAKU.TV-nin reportajında izləyə bilərsiniz:

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər